Qısa cavab:
Əksər filosoflar bir bilik qaynağı kimi əqli qavrayışları rəsmi tanıyırlar. Lakin empirik filosoflar onları tam etibarsız sayır, səbəb olaraq isə əqli qavrayışların xəta edə biləcəyini əsas gətirirlər.
Cavabında isə deyilməlidir: birincisi, aksiom qavrayışları nəzərilərdən ayırmaq lazımdır. Xəta aksiomlara aid deyil.
İkincisi, arqumentli məsələlərdə də dəqiqlik gözlənilsə, xəta baş verməz.
Üçüncüsü, xətadan söz gedirsə, deməli, bir sıra həqiqətləri qəbul etmişik və onlar sayəsində bəzi etiqadların xəta olduğunu anlayırıq.
Ətraflı cavab:
Bu xüsusda ən böyük bəhanələri aşağıdakılardır:
1. Əqli qavramlar xüsusunda filosoflar arasındakı ixtilafın olması, baxmayaraq ki, hər biri öz əqidəsinin isbatı üçün zahirən məntiqli arqumentlər göstərir.
2. Bir çox alimlərin etiqadında xətaya yol verilməsi. Belə ki, çox sayda səhvlərini etiraf etmiş və islahına çalışmışlar.
3. Bu mövzunu da yuxarıdakı iki irada qaytarmaq lazımdır ki, son dövrdə təbii elmlərdə baş verən inqilab və tərəqqi, eləcə də təbiət aləminin bir çox sirlərinin təcrübə yolu ilə çözülməsi yalnız hissə güvənmək, yerdə qalanları isə silib atmaq lazımdır fikrini gücləndirir.
Fəlsəfə tarixində oxuyuruq ki, buna bənzər bəhanələr Qədim Yunandakı hissi və qeyri-hissi həqiqətləri inkar edən sofizm təfəkkürünün güclənməsinə səbəb oldu; bir tərəfdən filosofların öz aralarındakı ixtilafı, digər tərəfdən məhkəmələrdə bərpa olan çoxsaylı davalar və öz müştərilərini müdafiə edən mahir vəkillərin arqumentlərini eşidib ona haqq qazandıran sadə camaat! – belə ki, yalnız tərəflərdən birinin haqq olmasına rəğmən bəzən eşidənlərin hər iki tərəfə haqq qazandırırdı. Axırda belə bir fikir formalaşdı ki, bəlkə doğrudan da reallıq mövcud deyil!
Ancaq, bütün bu xətaları aradan qaldırmaq üçün əqli qavramların araşdırılması xüsusunda bunları demək lazımdır:
1. Aksiom qavramları nəzəri qavramlardan ayırmaq gərəkir. Çünki, xətalar aksiom qavramlara aid deyil; heç kim 2 dördün yarısıdır, yaxud vahid bir şey eyni anda, eyni məkanda həm mövcud, həm də yoxluq ola bilməz müddəasında xəta etmir. Əgər bəziləri belə müddəalara da şübhə ilə yanaşır və ya qarşı çıxırsa, əslində söz güləşdirirlər. Məsələn: ziddiyyət və paradoksu başqa cür izah edirlər. Yoxsa, bu mövzunun özündə heç bir fikir ayrılığı yoxdur.
2. İsbatı mümkün məsələlərdə də dəqiqlik gözlənilsə, xəta baş verməz. Ölçülər düzgün götürülmədiyi təqdirdə xəta baş verir. Riyazi məsələlərdə ölçü dəqiq olduğundan riyaziyyatçılar arasında fikir ayrılığı yoxdur, nəticələr də qətidir. Ona görə ki, doğru sınaq və hər bir məsələnin nəticəsinin batil olması üçün aydın meyarlar göz qabağındadır.
3. “Əqli qavramlarda xəta vardır” – dedikdə, bu özü əqli qavramların lehinədir, nəinki əleyhinə. Xətadan söz gedirsə, mənası budur ki, bəzi reallıqları qəbul edirik və məhz onların sayəsində hansısa etiqadın batil olmasını anlayırıq.
Məsələn: “filosoflar arasında fikir ayrılığı var” – dediyimiz zaman bəzilərini xəta etdiyi üzə çıxır, yəni iki ziddiyyətli etiqadın hər ikisinin doğru olmasının mümkünsüzlüyünü qəbul etmişik.
Bu özü aksiom əqli qavramlardan biridir; reallıqların mövcudluğuna, onların dərkinin mümkünlüyünə etirafdır.
Son söz budur ki, bütün əqli idrak və qavramlara qarşı çıxanlar elə əqli qavramların köməkliyi ilə öz iddialarını isbat etməyə çalışırlar. Yəni, faktiki olaraq, öz iddialarını batil edib, əqli qavramlarla əqli qavramların mübarizəsinə qalxıblar (1).
Şərh qeydə alınmayıb