Qısa cavab:
Ətraflı cavab:
Allah-taala “Şəms” surəsində insan ruhunun yaradılışına və ruha çoxlu istedadlar bəxş edən Allaha and içdikdən sonra, vicdanın ilhamverici qaynağına, insanın günah və təqvanı dərkinə işarə edir və buyurur:
“And olsun insan ruhuna və onu (yaradan və) kamilləşdirən kəsə – sonra ona günah və təqvanı (şər və xeyrini) ilham edənə!”.
Oxşar məna digər ayədə insanın yaradılışına işarə edildikdən sonra gəlmişdir:
“وَهَدَیْنَاهُ النَّجْدَیْنِ”
“Və onu xeyir və şərə hidayət etdik”.
Diqqət etmək lazımdır ki, “nəcd”in əsl lüğəvi mənası hündür yer və alçaq yer mənasını verən “təhamə” sözünün antonimi olsa da, əvvəlki və sonrakı ayələrin konteksindən, ayənin təfsirilə bağlı gələn bir sıra hədislərdən başa düşülür ki, burada xeyir və şərə, xoşbəxtlik və bədbəxtlik amillərinə bir kinayədir (1).
“اِنَّا هَدَیْنَاهُ السَّبِیلَ اِمَّا شَاکِراً وَاِمَّا کَفُوراً” (2)
“Biz ona yolu göstərdik, istər şükür edənlərdən (və qəbul edənlərdən) olsun, istər də naşükür” – ayəsinin də bu mənaya işarə etməsi ehtimalı var. Ən azından ayədə gələn ümümi hidayət məfhumundan fitri hidayət nəticə olaraq çıxarılır.
“Ənbiya” surəsinin 64-cü ayəsində tövhid qəhrəmanı həzrət İbrahimin (ə) bütləri sındırması və bütpərəstlər tərəfindən mühakiməsi mövzusuna toxunulur: “Onlar İbrahimi (ə) cəmiyyət arasına çıxardıqdan sonra dedilər: “Sən bizim tanrılarımızı sındırdın?” O, cavabında dedi: Ən böyüyü bu işi görüb. Ondan soruşun, əgər danışa bilirsə!”
Burada sözügedən ayə buyurur:
“Onlar özlərinə (vicdanlarına) döndülər və: Doğrudan da siz zalımsınız (həm özünüzə zülüm etdiniz, həm yaşadığınız cəmiyyətə, həm də bizi yaradan və bütün nemətləri bəxş edən Pərvərdigarın pak zatına) - dedilər”.
Hərçənd bəzi təfsirçilərin ehtimalına əsasən, “فَرَجَعُوا اِلَى اَنفُسِهِمْ” – Onlar özlərinə (vicdanlarına) döndülər – cümləsindən məqsəd onların bir-birini danlamasıdır. Amma bu təfsir ayənin zahirinə müvafiq deyil, ilk məna daha dolğun nəzərə çarpır.
Bəli, bu vicdan məğrur və xudbin bütpərəstləri belə şallaq zərbələri altında məzəmmət etməyə, onlara dərhal etiraz etməyə qadirdir.
“وَلاَ اُقْسِمُ بِالنَّفْسِ اللَّوَّامَهِ” (3)
“Və and olsun danlayan nəfsə (və oyaq vicdana ki, qiyamət haqqdır)!” – ayəsindəki “nəfsi-ləvvamə” ibarəsinin, xüsusilə qiyamət gününün kənarında gətirilməsi, daxili məhkəmə və fitri vicdana aşkar işarədir.
Habelə, “Loğman” surəsində ərəb müşriklərinin – hansı ki, onlara: “İlahi ayələrə tabe olun!” – deyildiyi zaman belə cavab verirdilər: “Biz əcdadlarımızın yolunu gedirik!” – halına işarə etdikdən sonra buyurur: “Və hərgah onlardan yeri və göyləri kim yaratdı, deyə soruşsan, əminliklə: Yeganə Allah – deyə, cavab verərlər”.
Bu əzəmətli Yaradanın müqabilində təzim etməyib, əvəzində öz əlləri ilə çəkdikləri, yaratdıqları heykəl və rəsimlərə səcdə etmələri həqiqətən təəccüblüdür!
“الْحَمْدُ للهِ بَلْ اَکْثَرُهُمْ لاَ یَعْلَمُونَ”
Yerin və göylərin yaradıcı barədə verdikləri bu cavab bəlkə də, onların fitrətindən doğur və bütün insanların təbiətinə ilahi nurun təcəlla etməsi həqiqətini bəyan edir; onlar bu fitri hökmü görməməzlikdən gəldikləri üçün dolanbaclarda avara qalırlar.
“Ənkəbut” surəsində də həmin məna təqib edilir. Ən böhranlı halda insanın daxilindən təzahür edən fitri tövhidə aydınlıq gətirmək üçün misal göstərir və buyurur:
“Gəmiyə mindiklərində Allahı xalisliklə çağırırlar (və ondan başqasını unudurlar), Allah onları quruya çıxarıb xilas etdikdən sonra isə yenidən müşrik olurlar”.
Burada artıq təqlid pərdələri, xurafi adətlər, yanlış təlimlər, nadürüst tərbiyələr kənara çəkilir, Allahı gəzən fitrət isə üzə çıxır; ixtiyarsız Allah yadlarına düşür, tam xalisliklə onu çağırırlar.
Elə ki, tufan yatdı və sahilə çıxıb xilas oldular, bir daha şirklə yoğrulmuş düşüncələr qəlblərinə hücum edir və daxillərindəki bütlər yenidən canlanır. Çünki, pərdələr növbəti dəfə fitrətin üstünü örtür.
Bundan əlavə, “Bəqərə” surəsində tövhidi İbrahimi
Şərh qeydə alınmayıb