Qısa cavab:
Hədislərin birində rəvayət olunur ki, Böyük Allah Həzrət Fatiməni və övladlarını Qiyamət günü cəhənnəm atəşindən saxlayacaq. Əgər bu hədisdə onların müxtəlif günahlara batdıqları halda, hətta kafir və müşrik olduqları halda Qiyamət günü ilahi əzabdan amanda qalacaqlarının nəzərdə tutulduğunu güman etsək, böyük səhvə yol vermişik. Bu tərzi-təfəkkür İslam dininin meyarlarına tamamilə ziddir.
Ətraflı cavab:
İmam Əlidən (ə) nəql olunan hədislərin birində həzrət Peyğəmbər (s) qızı Fatiməyə (ə) belə buyurdu:
یا فاطِمَهُ! اَتَدرینَ لِمَ سُمِّیتِ فاطِمَه
“Ey Fatimə! Nə üçün Fatimə adlandırıldığını bilirsənmi?
Əli (ə) dedi:
–Ey Allahın Rəsulu! Siz deyin, nə üçün onun adı Fatimədir?
Peyğəmbər (s) buyurdu:
اِنَّ اللهَ عَزَّ وَ جَلَّ قَدْ فَطَمَها وَ ذُرِّیَّتَها عَنِ النّارِ یَوْمَ الْقِیامَهِ
–Böyük Allah onu və övladlarını Qiyamət günü cəhənnəm atəşindən saxlayacaq”. (1)
Aydındır ki, hədisdə böyük ananın ona davamçı övladlarından söhbət gedir. Çünki Nuhun övladı kimi övladlar haqqında “O, sənin əhlindən deyil” (2) deyə xitab olunmuşdu.
Bu üzdən bəzi hədislərdə “zürriyyə” və “sevənlər” hər ikisi bir yerdə qeyd olunmuşlar.
Əgər yuxarıdakı hədisdə onların müxtəlif günahlara batdıqları halda, hətta kafir və müşrik olduqları halda Qiyamət günü ilahi əzabdan amanda qalacaqlarının nəzərdə tutulduğunu güman etsək, böyük səhvə yol vermişik. Bu tərzi-təfəkkür İslam dininin meyarlarına tamamilə ziddir. Çünki bu pak nəslin banisi həzrət Peyğəmbərə (s) Qurani-kərimdə aşağıdakı formada xitab olunmuşdur:
لَئِنْ اَشْرَکْتَ لَیَحْبَطَنَّ عَمَلُکَ وَ لَتَکُونَنَّ مِنَ الْخاسِرِینَ
“Əgər (Allaha) şərik qoşsan, xeyir əməllərin batil və puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan.” (3)
Digər ayədə buyurur:
وَ لَوْ تَقَوَّلَ عَلَیْنا بَعْضَ الْاَقاوِیلِ * لَاَخَذْنا مِنْهُ بِالْیَمِینِ * ثُمَّ لَقَطَعْنا مِنْهُ الْوَتِینَ
“Və əgər o, bəzi sözləri nahaqdan Bizə isnad etsəydi, şübhəsiz, onu bütün qüdrətimizlə yaxalayardıq və sonra onun ürəyinin şah damarını qoparardıq.“ (4) (5)
Şərh qeydə alınmayıb