Qısa cavab:
Quran ayəsindən aydın olur ki, haqq dəvəti müxalifətçilərinin və zülmkarların cəzası o qədər ağırdır ki, yer üzündə olan şeyləri hamısı və həmçinin onun misli onların olsa, hamısını özlərini xilas etmək üçün verməyə hazırdırlar.
Ətraflı cavab:
Bu sualın cavabını “Rəd” surəsinin 18-ci ayəsində axtarmaq lazımdır. Allah-Taala ayədə buyurur:
... وَ الَّذِینَ لَم یَسْتَجِیبُوا لَهُ لَوْ اَنَّ لَهُم ما فِى الاَرْضِ جَمِیعاً وَ مِثْلَه مَعَهُ لاَفْتَدَوا بِهِ...
“...Allahın bu çağırışına müsbət cavab verməyənlərin aqibətləri o qədər ağırdır ki, yer üzündə olan şeyləri hamısı və həmçinin onun misli onların olsa, hamısını özlərini xilas etmək üçün verməyə hazırdırlar..”.
Amma bütün dünyanı versələr də onlardan qəbul olunmayacaq.
Cəzanın ağırlığı barədə təsəvvür yaratmaq üçün bundan gözəl misal ola bilməz ki, bir insan yer üzündə olan hər şeyə və yaxud ondan iki dəfə çoxuna sahib olsun və özünü xilas etmək üçün onun hamısını versin, amma heç bir faydası olmasın.
Cümlə həqiqətdə bunu göstərir ki, bir insanın son – bundan artıq təsəvvür olunmayan - arzusu yer üzündəki hər şeyə sahib olmaqdır. Lakin Haqq dəvəti müxalifətçilərinin və zülmkarların cəzası o qədər ağırdır ki, bu son dünyəvi hədəfi, bəlkə ondan da artığını qurban etməklə nicat tapmağa razıdırlar. Onlardan belə bir təklif qəbul olunsaydı belə nəticədə yalnız ilahi əzabdan xilas olacaqdılar və Haqq çağırışına müsbət cavab verənlərin ali mükafatlarından heç bir nəsibləri olmayacaqdı.
Buradan aydın olur ki, “onun misli onların olsa” ifadəsindən məqsəd yalnız yer üzündəkilərin mislini ona artırmaq və iki mislini nəzərdə tutmaq deyil. Bəlkə məqsəd dünyanın neçə mislinə də malik olsalar, qurtuluş üçün verməyə hazırdırlar. Dəlili isə aydındır: İnsan hər şeyi özü üçün istədiyi halda özü əzabda qərq ikən bütün dünyaya sahib olmaq onun nəyinə gərəkdir? (1)
Şərh qeydə alınmayıb