Qısa cavab:
Ümumiyyətlə, Cənnətin qapıları dünyada olduğu kimi bağların, sarayların, evlərin girişində qoyulan qapılar kimi deyil. Bu qapılar Cənnətə girməyə səbəb olan əməl və işlərə bir işarədir. Bu səbəbdən bir sıra hədislərdə deyilir ki, Cənnətin qapılarının müxtəlif adları var. O cümlədən qapılardan biri “Babul-mucahidin” (Mücahidlər qapısı) adlanır. Mücahidlər cihad etdikləri silahla Cənnətin həmin qapısından içəri keçərlər. Mələklər onlara xoşgəldin deyib salamlayarlar.
Ətraflı cavab:
Quran ayələri və hədislərdən aydın olur ki, Cənnətin qapısı birdən çoxdur. Lakin qapıların çoxluğu Cənnətə daxil olanların bir qapıdan içəri keçərkən çətinlik və tıxac yaranacağına görə deyil. Həmçinin, qapıların çox olması Cənnətə girənlərin təbəqələri arasında fərq olduğuna və hər təbəqənin bir qapıdan keçməli olduğuna görə də deyil. Eləcə də, qapıların sayı yolun uzaqlığına və ya yaxınlığına, yaxud da gözəllik və rəngarəngliyə görə də çoxaldılmayıb.
Ümumiyyətlə, Cənnətin qapıları dünyada olduğu kimi bağların, sarayların, evlərin girişində qoyulan qapılar kimi deyil. Bu qapılar Cənnətə girməyə səbəb olan əməl və işlərə bir işarədir. Bu səbəbdən bir sıra hədislərdə deyilir ki, Cənnətin qapılarının müxtəlif adları var. O cümlədən qapılardan biri “Babul-mucahidin” (Mücahidlər qapısı) adlanır. Mücahidlər cihad etdikləri silahla Cənnətin həmin qapısından içəri keçərlər. Mələklər onlara xoşgəldin deyib salamlayarlar.
Hədislərin birində İmam Baqirdən (əleyhis-salam) belə nəql olunur: “Bilin, Cənnətin səkkiz qapısı var. Onların hər birinin eni qırx illik yola bərabərdir.”
Bu da göstərir ki, belə yerlərdə “qapı” sözü gündəlik işlənən mənadan daha geniş məna daşıyır. Maraqlısı buradadır ki, Quranda Cəhənnəmin qapılarının sayı yeddidir. (1)
لَها سَبْعَهُ اَبواب
Hədislərə görə isə Cənnətin səkkiz qapısı var. Cənnətin qapılarının sayca çoxluğu əbədi səadət və Cənnətə çatmağın yollarının Cəhənnəmə çatmaq yollarından çox olmasına, həmçinin Allahın rəhmətinin qəzəbindən çox olmasına işarədir. (2)
Şərh qeydə alınmayıb