Qısa cavab:
Məhəmməd peyğəmbərdən (sallallahu əleyhi və alih) nəql olunan hədisdə Həzrət buyurur: "Hər zaman Allahdan Cənnət istəsəniz, xüsusi olaraq Firdovsu istəyin. Firdovs Cənnətin ən came və kamil məkanıdır." Ayə və hədislərdən məlum olur ki, Firdovs sakinləri iman və saleh əməldən əlavə seçilmiş xüsusiyyətlərə malik olmalıdırlar.
Ətraflı cavab:
Firdovs Cənnətin ən üstün yeridir. Quran ayələrində deyilir ki, Firdovs imanlı insanların və saleh əməl sahiblərinin mənzilidir. Burada bir sual yaranır ki, belə olduqda Cənnətin digər məntəqələri sakinsiz qalmalıdır. Çünki möminlərdən başqa heç kəsə Cənnətdə yer yoxdur. Bu suala “Kəhf” surəsinin 107-ci ayəsində cavab verilir. Allah-taala buyurur:
اِنَّ الَّذِینَ آمَنُوا وَ عَمِلُوا الصّالِحاتِ کانَتْ لَهُمْ جَنّاتُ الْفِرْدَوْسِ نُزُلاً
"Həqiqətən, iman gətirmiş və yaxşı işlər görmüş kəslərin yerləri Firdovs bağlarıdır."
Ayədə iman və saleh əməllərə nail olan hər bir insana işarə olunmur. Yəni, Firdovs bağına daxil olmaq üçün iman və saleh əməl baxımından yüksək dərəcəyə nail olmaq meyar qərar verilmişdir. Ayənin zahiri mənası mütləq (qeydsiz-şərtsiz) olsa da “Firdovs” kəlməsinin mənasını onu şərtləndirir.
Bu səbəbdən “Muminun” surəsində Firdovsun varislərinin xüsusiyyətlərini bəyan edərkən mömin insanların ən yüksək xüsusiyyətlərinin adı çəkilir ki, bu xüsusiyyətlər hər insanda yoxdur. Bu da öz-özlüyündə göstərir ki, Firdovs sakinləri iman və saleh əməldən əlavə seçilmiş xüsusiyyətlərə malik olmalıdırlar.
Həmçinin, Peyğəmbərdən (sallallahu əleyhi və alih) nəql olunan hədisdə Həzrət buyurur: "Hər zaman Allahdan Cənnət istəsəniz, xüsusi olaraq Firdovsu istəyin. Firdovs Cənnətin ən came və kamil məkanıdır."
Hədisdən aydın olur ki, imanlı insanların səy və gördükləri işlər hər yerdə və hər halda ən yüksək dərəcədə olmalıdır. Hətta Cənnət istəyərkən belə aşağı mərhələlərə qane olmamalıdır. Söz yox ki, aşağı mərhələlərdə də nemət içində qərq olur.
Aydındır ki, Allahdan belə bir məqam diləyən bir şəxs belə bir məqama çatmaq üçün özünü hazırlamalıdır. Mütləq ən yüksək insani xüsusiyyətləri əldə etmək və ən saleh əməlləri etmək üçün maksimum səylərini göstərməlidir.
Bu baxımdan “Allah eləsin biz də Cənnətə yol tapaq, ən aşağı dərəcələrində olsa da olar” deyənlər həqiqi möminləri yüksək səylərindən kifayət qədər dərs almayan şəxslərdir. (1)
Şərh qeydə alınmayıb