Qısa cavab:
İbn Həcər və Süyuti bu hədisi belə nəql etmişlər:“Ulduzlar yer əhlinin qərq olmaqdan əmin-amanlıq vasitəsidirlər, mənim Əhli-beytim isə ümmətimin ixtilafdan amanda qalması üçün bir vasitəsidir. Ərəblərdən hər hansı bir dəstəsi onlarla müxalifət etsə, onların özlərinin arasında ixtilaf düşər və İblisin dəstəsinə keçərlər.”
Ətraflı cavab:
Əhli-beytin ismətinə, dini mərcəiyyətinə və imamətinə dəlalət edən hədislərdən biri də “Aman” adı ilə tanınmış bir hədisdir. Bu hədisdə Peyğəmbər (s) öz Əhli-beytini ümmətin ixtilafdan amanda qalmaq səbəbi kimi təqdim etmişdir. Bu mənaya ki, əgər İslam ümməti Peyğəmbər (s)-in vəfatından sonra Əhli-beyt mehvərində qərarlaşaraq onlara tabe olsalar, mütləq ixtilafdan amanda qalacaq və hidayətə nail olacaqlar. “Aman” hədisini əhli-sünnə alimlərindən bir qrupu öz kitablarında nəql etmişlər ki, onların bəzilərin aşağıda qeyd edirik:
1 - Hakim Nişapuri səhih sənədlərlə Peyğəmbər (s)-in belə buyurduğunu nəql edir:
«اَلنُّجُومُ اَمَانٌ لِاَهْلِ اْلاَرْضِ مِنَ الْغَرَقِ، وَ اَهْلُ بَیْتِى اَمَانٌ لِاُمَّتِى مِنَ الْاِخْتِلاَفِ، فَاِذَا خَالَفَتْهَا قَبِیلَهٌ مِنَ الْعَرَبِ اخْتَلَفُوا فَصَارُوا حِزْبَ اِبْلِیسَ
“Ulduzlar yer əhlinin qərq olmaqdan əmin-amanlıq vasitəsidirlər, mənim Əhli-beytim isə ümmətimin ixtilafdan amanda qalması üçün bir vasitəsidir. Ərəblərdən hər hansı bir dəstəsi onlarla müxalifət etsə, onların özlərinin arasında ixtilaf düşər və İblisin dəstəsinə keçərlər.” (1)
İbn Həcər və Süyuti də bu hədisi həmin məzmunla nəql etmişlər. (2)
2 - İbn Həcər Peyğəmbər (s)-in belə buyurduğunu nəql edir:
وَاَهْلُ بَیْتِى اَماَنٌ لِاُمَّتِى مِنَ الْاِخْتِلاَفِ، فَاِذَا خَالَفَتْهَا قَبِیلَهٌ مِنَ الْعَرَبِ اخْتَلَفُوا فَصَارُوا حِزْبَ اِبْلِیسَ
“Mənim Əhli-beytim yer əhli üçün əmin-amanlıq vasitəsidir. Hər vaxt ərəb tayfalarından biri onlara qarşı müxalifət etsə, onların özlərinin arasında ixtilaf düşər və İblisin dəstəsinə keçərlər. ”
3 - Əbu Yəla Musili özünün “Müsnəd” kitabında “həsən” sənədlərlə nəql edir ki, Peyğəmbər (s) buyurmuşdur:
اَلنُّجُومُ اَمَانٌ لِاَهْلِ السَّمَاءِ وَ اَهْلُ بَیْتِى اَمَانٌ لِاُمَّتِى
“Ulduzlar səma əhlinin əmin-amanlıq vasitəsi, mənim Əhli-beytim isə ümmətinin əmin-amanlıq vasitəsidir.” (3)
Bu hədis mənaları bir-birinə yaxın olan digər məzmunlarla da nəql olunmuşdur. (4)
Şərh qeydə alınmayıb