Qısa cavab:
Əhməd ibn Hənbəl yazır ki, “Mübahilə” ayəsi nazil olan zaman həzrət Peyğəmbər Əli, Fatimə, Həsən və Hüseyni çağırdı və dedi: “Pərvərdigara! Bunlar mənim Əhli-beytimdir!”
Ətraflı cavab:
Ayə və hədislərdə Peyğəmbərin əhli-beyti xüsusi insanlara deyilir: Allahın Peyğəmbəri, İmam Əli, Fatimeyi-Zəhra, Həsən və Hüseyn (əleyhimus-salam). Həzrətin sair pak övladları da – İmam Hüseynin övladlarından olan doqquz məsum imam – onlardan sayılır.
Ümmü Sələmə deyir:
اِنَّما یُریدُ الله لِیُذْهِبَ عَنْکُم الرِّجسَ اَهلَ البَیت وَیُطَهِّرَکُمْ تَطْهِیر
اً
ayəsi nazil olduqda Peyğəmbər (səlləllahu əleyhi və alih) Əli, Fatimə, Həsən və Hüseyni çağırıb buyurdu: “Bunlar mənim əhli-beytimdir.” (1) İmam Hüseyn (əleyhis-salam) buyurur: “Mən nübüvvət əhli-beytiyəm.” (2)
Müslim öz sənədləri ilə Ayişədən nəql edir ki, Peyğəmbər (səlləllahu əleyhi və səlləm) sübh vaxtı mənzildən çıxanda onun çiynində qara yundan toxunmuş bir əba var idi. Həsən ibn Əli əbanın içinə girdi. Hüseyn gəldi, Peyğəmbər onu da əbasının altına saldı. Sonra Fatimə gəldi, Peyğəmbər onu da əbanın altına saldı. Daha sonra Əli gəldi və Peyğəmbər onu da əba ilə örtdü, sonra bu ayəni tilavət etdi: (3)
اِنَّما یُریدُ الله لِیُذْهِبَ عَنْکُم الرِّجسَ اَهلَ البَیت وَیُطَهِّرَکُمْ تَطْهِیراً
Şərh qeydə alınmayıb