Qısa cavab:
Çünki haqq Əhli-beyt ilədir və onlara müxalif olmaq batil yoldur.
Ətraflı cavab:
“Aman” hədisində qısa tədqiqat aparmaqla başa düşəcəyik ki, Peyğəmbəri-əkrəm(s) öz Əhli-beytini vəhdət mehvəri adlandırmışdır. Çünki məsum olduqlarından onların aralarında heç bir ixtilaf düşmür, ümməti vahid bir mehvər əsasında hidayət edir, onları zəlalət və azğınçılıqdan xilas edirlər. “Səqəleyn” hədisində də Allahın kitabına və Peyğəmbər (s)-in itrətinə sarılmağa təkid edildiyi kimi – həqiqətdə onlar Allahın qırılmaz ipləridir – onlar İslam ümmətinin zəlalət və azğınçılıqdan uzaq olması üçün bir vasitə kimi təqdim edilmişdir.
İbn Həcər Məkki bu hədisin şərhində yazır: “Peyğəmbər (s)-in Əhli-beyti ixtilafdan əmin-amanda qalmaq üçün bir vasitə kimi təyin olunmuşlar. Bu ixtilafda məqsəd dində olan ixtilafdır. Buna görə də əgər bir qəbilə onlarla müxalifət edib dinlərini onlardan qeyrisindən əxz edərsə, din hökmlərinə dair aralarında ixtilaf düşəcək, Əhli-beytə qarşı müxalifətçilik etdiklərinə görə İblisin dəstəsinə keçəcəklər. Çünki haqq Əhli-beyt ilədir və onlara müxalif olmaq batil yoldur. “İblisin hizbinə və dəstəsinə keçərlər” ibarəsinin göstərdiyi kimi, məqsəd onlarla dünya işlərinə dair müxalifət deyildir. (1)
Səmhudi “Aman” hədisini nəql etdikdən sonra yazır:
یُحْتَمَلُ اَنَّ الْمُرَادَ بِاَهْلِ الْبَیْتِ الَّذِینَ هُمْ اَمَانٌ لِلْاُمَّهِ عُلَمَاوُهُمُ الَّذِینَ یُهْتَدَى بِهِمْ، کَمَا یُهْتَدَى بِنُجُومِ السَّمَاءِ وَهُمْ الَّذِینَ اِذَا خَلَتِ الْاَرْضُ مِنْهُمْ جَاءَ اَهْلَ الْاَرْضِ مِنَ الْآیَاتِ مَا کَانُوا یُوعَدُونَ وَذَهَبَ اَهْلُ الْاَرْضِ، وَذَلِکَ عِنْدَ مَوْتِ الْمَهْدِىِّ الَّذِی اَخْبَرَ بِهِ النَّبِىُّ (صَلَّى اللهُ عَلَیْهِ وسَلَّمَ)
Şərh qeydə alınmayıb