Qısa cavab:
Digər rəvayətlərə müraciət etməklə bu hədisdə Əhli-beytin kimlərdən ibarət olduğunu dərk etmək olar. Misal üçün, müşahidə edirik ki, “Səqəleyn” hədisində Əhli-beyt Peyğəmbərin (s) nəsli kimi təfsir olunur. “Təthir” ayəsi barəsində nəql olunan “Kəsa” hədisində də Əhli-beyt kəlməsi kəsa səhabələrindən olan beş nəfərə: Peyğəmbər (s), Əli, Fatimə, Həsən və Hüseynə tətbiq edilir.
Ətraflı cavab:
Bu hədisdə Əhli-beyt dedikdə məqsəd, Peyğəmbərin (s) nəslindən olan on iki imamdan başqa heç kəs deyildir. Bu müddəanı iki yolla sübut etmək olar:
a) Hədis daxili sübut
Alimlərin “hökm ilə mövzu arasında tənasüb” ünvanlı bir qaydaları var. Bu mənayadır ki, hökm ilə mövzu arasında tənasüb və uyğunluq olmalıdır. Bu hədisdə hökm “ixtilafdan amanda olmaq”dan ibarətdir. Bu ünvan da yalnız məsum şəxslərə aiddir və onlara uyğun gəlir. Nəticədə Əhli-beyt dedikdə məqsəd Peyğəmbər (s) övladlarından olan məsum imamlardan başqası ola bilməz.
b) Digər hədislərdən olan sübut
Əhli-sünnə alimlərinin kitablarında nəql olunan digər rəvayətlərə müraciət etməklə bu hədisdə Əhli-beytin kimlərdən ibarət olduğunu dərk etmək olar. Misal üçün, müşahidə edirik ki, “Səqəleyn” hədisində Əhli-beyt Peyğəmbərin (s) nəsli kimi təfsir olunur. “Təthir” ayəsi barəsində nəql olunan “Kəsa” hədisində də Əhli-beyt kəlməsi kəsa səhabələrindən olan beş nəfərə: Peyğəmbər (s), Əli, Fatimə, Həsən və Hüseynə tətbiq edilir. Həmçinin, “Mübahələ” ayəsinin şərhində sənədi düzgün olan hədislərə uyğun olaraq Peyğəmbər (s) bu beş nəfərə işarə edərək Allah dərgahında belə dua etdi: اَللَّهُمَّ هَوُلاَءِ اَهْلِى “Pərvərdigara, bunlar mənim əhlimdir.” “On iki xəlifə” hədisinə uyğun olaraq Peyğəmbərin (s) məsum Əhli-beyti bu beş nəfərə məxsus deyildir və Əhli-beyt dedikdə məqsəd məsum, İslam ümmətinin zəlalət, azğınlıq və ixtilafdan əmin-amanlıq səbəbi olan on iki nəfərdir. (1)
Şərh qeydə alınmayıb