Qısa cavab:
Rəvayətə görə Peyğəmbər (s) buyurur: “Sizə nemət verdiyinə görə Allahı sevin, Allahı sevdiyinizə görə məni sevin, məni sevdiyinizə görə də Əhli-beytimi sevin.”
Ətraflı cavab:
Qurani-kərimdə olduğu kimi, hər iki məzhəbin rəvayətlərində də Əhli-beytə məhəbbət göstərməyə aşkar şəkildə təkid olunmuşdur. Onlardan bəzilərinə işarə edirik:
1 - Əhli-beytə məhəbbətə vadar etmək
Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurmuşdur:
اَدِّبُوا اَوْلَادَکُمْ عَلَى ثَلَاثِ خِصَالٍ: حُبُّ نَبِیِّکُمْ، وَحُبُّ اَهْلِ بَیْتِهِ، وَ قِرَاءَهِ الْقُرْآنِ
“Övladlarınızı üç xislət əsasında tərbiyə edin: Peyğəmbərinizə məhəbbət, Əhli-beytinə məhəbbət və Quran qiraəti.”
Əli (əleyhis-salam) buyurur:
اَحْسَنُ الْحَسَنَاتِ حُبُّنَا، وَ اَسْوَاُ السَیِّئَاتِ بُغْضُنَا
“Ən yaxşı əməl bizə məhəbbət, ən pis əməl isə bizə qarşı (Əhli-beytə) kin və düşmənçilikdir.”
2-Əhli-beytlə dostluq – Allah və Peyğəmbər ilə dostluqdur
Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurur:
اَحِبُّوا اللهَ لِمَا یَغْذُوکُمْ مِنْ نِعَمِهِ، وَاَحِبُّونِى لِحُبِّ اللهِ، وَ اَحِبُّوا اَهْلَ بَیْتِى لِحُبِّى
“Sizə nemət verdiyinə görə Allahı sevin, Allahı sevdiyinizə görə məni sevin, məni sevdiyinizə görə də Əhli-beytimi sevin.”
Zeyd ibn Ərqəm deyir: Peyğəmbərin hüzurunda idim. Fatimeyi-Zəhra oğlu Həsən və Hüseynlə birlikdə Peyğəmbərin hücrəsinə daxil oldu. Əli də onların ardınca içəri girdi. Peyğəmbər onlara baxıb buyurdu:
مَنْ اًحَبَّ هَوُلَاءِ فَقَدْ اَحَبَّنىِ، وَ مَنْ اَبْغَضَهُمْ فَقَدْ اَبْغَضَنِى
“Hər kəs onları sevsə, şübhəsiz, məni sevmişdir; hər kəs onları düşmən tutsa, şübhəsiz mənimlə düşmən olmuşdur.” (4)
İmam Sadiq (əleyhis-salam) buyurur:
مَنْ عَرَفَ حَقَّنَا وَ اَحَبَّنَا فَقَدْ اَحَبَّ اللهَ تَبَارَکَ وَ تَعَالَى
“Hər kəs haqqımızı tanıyıb bizi sevsə, şübhəsiz Allahı sevmişdir.” (5)
3 - Əhli-beyti sevmək imanın əsasıdır
اَسَاسُ الْاِسْلاَمِ حُبِّى وَ حُبُّ اَهْلِ بَیْتِى
Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurur: “İslamın əsası məni və Əhli-beytimi sevməkdir.” (6)
Həmçinin buyurmuşdur:
لِکُلِّ شَىْءٍ اَسَاسٌ، وَ اَسَاسُ الْاِسْلَامِ حُبُّنَا اَهْلَ الْبَیْتِ
“Hər şeyin əsası vardır, islamın əsası da biz Əhli-beyti sevməkdir.” (7)
4 - Əhli-beytə məhəbbət ibadətdir
Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurur:
حُبُّ آلِ مُحَمَّدٍ یَوْماً خَیْرٌ مِنْ عِبَادَهِ سَنَهٍ، وَ مَنْ مَاتَ عَلَیْهِ دَخَلَ الْجَنَّهَ
“Ali-Məhəmmədə bir gün məhəbbət bəsləmək bir illik ibadətdən üstündür. Hər kəs bu məhəbbətlə ölsə, cənnətə daxil olar.” (8)
5 - Əhli-beytə dostluq və məhəbbət iman əlamətidir
Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurur:
لَا یُوْمِنُ عَبْدٌ حَتَّى اَکُونَ اَحَبَّ اِلَیْهِ مِنْ نَفْسِهِ، وَ اَهْلِى اَحَبَّ اِلَیْهِ مِنْ اَهْلِهِ، وَ عِتْرَتِى اَحَبَّ اِلَیْهِ مِنْ عِتْرَتِهِ، وَ ذَاتِى اَحَبَّ اِلَیْهِ مِنْ ذَاتِهِ
“Bir kəs məni özündən, Əhli-beytimi öz ailəsindən, itrətimi öz itrətindən, zatımı öz zatından çox sevməyincə iman gətirməmişdir.” (9)
6 - Əhli-beytə məhəbbət təvəllüdün paklıq nişanəsidir
Peyğəmbər (səlləllahu əleyhi və alih) Əliyə işarə edərək buyurdu:
اَیُّهَا النَّاسُ امْتَحِنُوا اَوْلَادَکُمْ بِحُبِّهِ، فَاِنَّ عَلِیّاً لاَ یَدْعُو اِلَى ضَلَالَهٍ، وَ لاَ یَبْعُدُ عَنْ هُدًى، فَمَنْ اَحَبَّهُ فَهُوَ مِنْکُمْ، وَ مَنْ اَبْغَضَهُ فَلَیْسَ مِنْکُمْ
“Ey camaat! Övladlarınızı Əli məhəbbəti ilə sınaqdan keçirin. Çünki o heç vaxt azdırmaz və hidayətdən uzaqlaşdırmaz. Övladlarınızdan Əlini sevənlər sizdəndir, onunla düşmən olanlar isə sizdən deyildir.”
Əli (əleyhis-salam) buyurur: Peyğəmbər (səlləllahu əleyhi və alih) Əbuzərə etdiyi vəsiyyətində buyurdu:
یَا اَبَاذَرٍّ! مَنْ اَحَبَّنَا اَهْلَ الْبَیْتِ فَلْیَحْمَدِ اللهَ عَلىَ اَوَّلِ النِّعَمِ. قَالَ: یَا رَسُولَ الله! وَ مَا اَوَّلُ النِّعَمِ؟ قَالَ: طِیبُ الْوِلَادَهِ، اِنَّهُ لاَ یُحِبُّنَا الاَّ مَنْ طَابَ مَوْلِدُهُ
“Ey Əbazər! Hər kəs biz Əhli-beyti sevsə, gərək ilk nemətə görə Allaha şükür etsin.” Əbuzər: “Ya Rəsuləllah! İlk nemət nədir?” – deyə soruşdu. Həzrət buyurdu: “Təvəllüdün paklığı; çünki, təvəllüdü pak olanlardan qeyrisi bizi sevməz.”
7 - Qiyamət günü Əhli-beytə dostluq və məhəbbətdən sual olunacaq
Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurur:
اَوَّلُ مَا یُسْاَلُ عَنْهُ الْعَبْدُ حُبُّنَا اَهْلَ الْبَیْتِ
“Qiyamət günü bəndədən soruşulan ilk şey biz Əhli-beytə dostluq və məhəbbətdir.”
Həmçinin buyurur:
لاَ تَزُولُ قَدَمَا عَبْدٍ یَوْمَ الْقِیَمَهِ حَتَّى یُسْاَلَ عَنْ اَرْبَعٍ: عَنْ عُمُرِهِ فِیمَا اَفْنَاهُ، وَ عَنْ جَسَدِهِ فِیمَا اَبْلَاهُ، وَعَنْ مَالِهِ فِیمَا اَنْفَقَهُ وَمِنْ اَیْنَ کَسَبَهُ، وَعَنْ حُبِّنَا اَهْلَ الْبَیْتِ
Şərh qeydə alınmayıb