Qısa cavab:
Nəql olunanlara görə xəlifə, oğru uşağın həddi-buluğa çatıb-çatmamasını öyrənmək üçün onun boyunu qarışla ölçməyi əmr etdi. Lakin şəriətdə həddi-buluğ üçün belə bir əlamət yoxdur.
Ətraflı cavab:
Əbu Məlikə nəql edir: Ömər oğurluq etmiş gənc oğlanın hökmü barəsində İraq əhalisinə belə yazdı:
اَنْ اَشْبِرُوهُ فَاِنْ وَجَدْتُمُوهُ سِتَّهَ اَشْبَارٍ فَاقْطَعُوهُ
“Onu qarışla ölçün; əgər boyu altı qarışa çatsa, əlini kəsin!”
Onu qarış-qarış ölçdülər, boyu altı qarışdan bir barmaq əskik gəldi, buna görə də onu (cəza vermədən) buraxdılar. (1)
Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən nəql olunan səhih rəvayətlərə müraciət etməklə aydın olur ki, həddi-buluğun əlamətləri ya möhtəlim olmaqdır (belə ki, o həzrət günah yazılmayan şəxslər barəsində buyurur: “Möhtəlim olduğu vaxta qədər oğlan uşağından cəza götürülür), yaxud övrətinin yuxarı hissəsində qalın tüklərinin çıxmasıdır, yaxud da müəyyən yaş həddinə çatmasıdır.”
Bu, Abdullah ibn Ömərin nəql etdiyi səhih rəvayətdə qeyd olunmuşdur. (2)
Həddi-buluğ üçün dördüncü bir əlamət yoxdur. Amma qarış və bu kimi vahidlərlə ölçmək təkcə ikinci xəlifənin icad etdiyi yeniliklərdəndir (bidətdir). (3)
Şərh qeydə alınmayıb