Qısa cavab:
1. Rəhmani mükaşifələr həm yəqin həddindədir, həm də imanın ən yüksək səviyyəsi ilə yanaşıdır. Halbuki, şeytani mükaşifələr bundan məhrumdur.
2. Rəhmani mükaşifələr kitab və sünnəyə uyğundur, şeytani mükaşifələrdə isə belə deyil.
3. Rəhmani mükaşifələrin məzmunu ağılauyğun olduğu halda, şeytani mükaşifələr başdan-ayağa mövhumat dolu və əsassızdır.
Ətraflı cavab:
Rəhmani mükaşifəni şeytani mükaşifədən ayırmağın üç başlıca nişanəsi var, hansı ki onların vasitəsilə ikisi arasında ümumi fərqi tapmaq olar:
1. Rəhmani mükaşifələr yəqin və qəti olmaqdan əlavə həmişə iman, mərifət, ixlas, tövhid və saleh əməlin yuxarı səthi ilə yanaşıdır. Halbuki, şeytani və təxəyyüldən doğan mükaşifələr bundan məhrumdur. Deməli, belə səciyyələrə malik olmayan şəxslərdən mükaşifəyə dair nəsə görülməsi və ya eşidilməsi heç bir etibar daşımır.
Peyğəmbərdən (s) nəql edilən bir hədisdə həzrət buyurur:
“Elm bir nurdur və Allah onu istədiyi şəxsin qəlbinə salar, bununla da qəlb qapıları açılar, qeybi görər, sinəsi genişlənər, çətinlik və sınaqlar qarşısında dözümlü olar. Soruşdular: Ey Allahın Rəsulu (s)! Bunun bir əlaməti vardırmı? Buyurdu: (Bəli, əlaməti aldadıcı dünyaya etinasızlıq, əbədi dünyaya diqqət, (iman və saleh əməl vasitəsilə) ölüm gəlməmişdən öncə ona hazırlaşmaqdır”. (1)
2. Həqiqi mükaşifələr daima kitab və sünnəyə müvafiqdir. İlahi ayələr və məsumların qəti kəlamları çərçivəsindədir. Allah itaət yolundan iynənin ucu qədər sapmayıb, ən az həddə belə günah və üsyana bulaşmayıb.
3. İlahi (Rəhmani) mükaşifələr ağıla tam müvafiqdir, məntiqsiz istək və xəyalpərəstlikdən kənardır. “Rafiziləri (şiələr) mükaşifə halında donuz gördüm!” – deyən şəxs əslində daxili aynasında öz simasını görüb.
“Allaha çatdığımda Kəbə evinin dövrəmdə döndüyünü gördüm!” – deyən kəs başgicəllənməsinə tutulub; belə birisi özünü Allah evinin təvafından ehtiyacsız və onu öz şənindən aşağı sanır. Halbuki, İslamın əzəmətli Peyğəmbəri (s) ömrünün son ilində vida həccinə getdi; həcc mərasimini, Allah evinin təvafını yerinə yetirdi.
Həmin dəlilə əsasən, bu qəbildən olan mükaşifələri əsassız, yaxud şeytan təlqini saymaq lazımdır.
Yeri gəlmişkən xatırladaq ki, kəşf, müşahidə və intuisiya ağıl, təcrübə və tarix kimi ümumi bilik qaynağı deyil, əksinə çox ağır şərtləri olan xüsusi bir qaynaqdır (2).
Şərh qeydə alınmayıb