Qısa cavab:
Ətraflı cavab:
Bəzən iman və yəqinin təsirindən, bəzən də riyazətlər sayəsində hasil olan həqiqi kəşf və intuisiyaların müqabilində bir çox qeyri-həqiqi, xəyali kəşf və intuisiyalar mövcuddur, hansı ki bəzən arıdıcıl təlqinlərin təsirindən, düşüncə və zehnin yanlış istiqamət almasından yaranır, bəzən də şeytanın təlqinləri sayəsində insan gözü önündə reallıqla üst-üstə düşməyən mənzərələr canlanır. Belə kəşf və intuisiyalar əsla reallığı əks etdirmir, təxəyyülün məhsulundan başqa bir şey deyil. Əksər sufilərin iddia etdiyi mükaşifələr, intuisiyalar da bu qəbildəndir.
Sadəlövh mürid işin başında bir dəstənin təbliğatı nəticəsində belə düşünür ki, yuxu, röya vasitəsilə həqiqi mürşidini – ustadını tapmalıdır. Gün keçdikcə bu düşüncə daha da dərinləşir. O, yuxu aləmində mürşidin üzünü görəcəyi ümidilə həmişə intizardadır (adətən, nəzərində bu mənsəb üçün şəxslər müəyyən edir, yaxud dəqiq təyin etməsə belə, müəyyən cəhətdən həmin şəxsin səciyyələrini nəzərə alır).
Bəzən məşəqqətli və təbiətə zidd riyazətlər nəticəsində təbii düşüncə tərzini əldən verərək, təxəyyül gücünü artırır. Gecənin birində yuxuda ikən gözlənilmədən görmək istədiyi şəxsi yuxuda görür. Tam uyğun gəlməsə də, bir az izah və bəraət qazandırmalarla onu bərpa edir. Bununla da, sədaqət təməli atılır. Analoji hal real aləmdə də ola bilər. Çünki, dar düşüncəli müridin göz-qulağı mənəvi yola dikilmiş və qeyb aləminə fokuslanmışdır. Daim intizardadır ki, o aləmdən üzünə qapı açılacaq, yaxud qulağına bir pıçıltı gələcək. Bu mənanı daima özünə təlqin edir, zehnində inkişaf etdirir, gecə-gündüz bu haqda düşünür. Gözlənilmədən, təxəyyül qüvvəsinin fəaliyyəti nəticəsində qulağına bir səs dəyir və ya gözü önündə bir surət canlanır. Nəhayət, həmin şeyi etiqad prinsipi qərar verir.
Bəzən cəlbedici şeir və aludəçilik yaradan müsiqilərlə müşayiət olunan zövqlü və şənləndirici səsləri duymaq təlqinin təsirini bir neçə qat artırır. “Vəcd və səma” tərəfdarı olan sufi dəstələri (1) vəcd və səma halında elə vəcdə gəlib özlərindən keçirlər ki, ağıl qüvvəsi tam funksiyasını itirir, əvəzində isə xəyal qüvvəsi işə düşür. Onlar öz xəyalında həmişə qeyb aləminin kəşf və müşahidəsi ilə məşğuldurlar və təxəyyül güclərinə bağlı aləmlərdə seyr edirlər. Nur dəryaları və Tur dağını, yeddi göyü və yeddi yeri gözləri önündə canlandırırlar. Vəhm və xəyal qüvvəsi meyilləndiyi hər şəkil və formanı gözləri önündə təcəssüm etdirir. Onlar bu səhnələri gördükdən sonra hədsiz şadlanaraq, məqsədlərinə çatdıqlarını güman etdikləri üçün nərə çəkib fəryad edirlər. Bu da öz növbəsində düşdükləri halı daha da kəskinləşdirir. Nəticədə komaya bənzər vəziyyətə düşürlər. Bu vəziyyətdən çıxıb özlərinə gələndən sonra gördüklərini şəxsi müşahidələri ünvanında başqalarına çatdırırlar!
Əslində onlar su gümanı ilə ilğıma doğru gedirlər. Hər hansı məqama çatmadan həqiqətdən tam uzaq işlərə düçar olurlar.
Sözün qısası, hər kəsin kəşf və intuisiya iddiasını məqbul saymaq, yaxud göz önündə təcəssüm edən hər surəti və ya qulağa gələn hər səsi ilahi və reallıq hesab etmək olmaz. Ona görə ki, şeytani kəşfetmələr və təlqinlər də həddən çoxdur.
Təbərsinin “İhticac” kitabında İbn Abbas nəql edir ki, Əmirəl-möminin Əli (ə) dəstəmaz almaqda olan – və dəstəmaz suyunu az miqdarda tökməyə çalışan – Həsən Bəsrinin yanından keçirdi:
–Ey Həsən! “Dəstəmazı bol suyla al!
–Ey Əmirəl-möminin! Sən dünən – Cəməl döyüşündə – elə kəsləri öldürdün ki, Allahın təkliyinə və Peyğəmbərin (s) elçiliyinə şəhadət verir, beş vaxtda namaz qılır və bol su ilə dəstəmaz alırdılar.
–Əgər belə idisə, niyə düşmənlərimizə yardım etmədin?!
–Allaha and olsun! Mən səni təsdiq edirəm, ey möminlərin əmiri! Elə ilk gün evdən çıxdım, qüsl aldım, üstünə hənut səpdim, silahı götürdüm, Ayişəyə yardımdan boyun qaçırmağın küfr olduğuna əmin idim! Xuzəybə (Bəsrə yaxınlığı) məntəqəsinə çatdığımda, qeybdən bir səs qulağıma: “Ey Həsən! Hara gedirsən? Qayıt və bil ki, ölən də, öldürən də cəhənnəmlikdir!” – deyən bir səs gəldi. Mə
Şərh qeydə alınmayıb