Qısa cavab:
Sufilərin bir dəstəsi özlərini “mürşid”, “şeyx”, “təriqət piri” və “qütb” adlandıraraq, başqalarını qeydsiz-şərtsiz özlərinə tabe etməyə çalışırlar. Deyirlər ki, təriqət pirindən şəriətə zidd əməllər görsəniz, irad tutmayın, çünki təslim olmuş ruhla bu işi görmək ona qarşı çıxmaqdır.
Ətraflı cavab:
Həmişə, demək olar ki, bütün zamanlarda və əslərdə bütün xalq və tayfalar arasında düzgün və yaradıcı fenomenlərdən sui-istifadə olunub. Lakin bu sui-istifadələr mövzunun orijinallığına, müqəddəsliyinə zərbə vurmayıb. Əxlaq ustadı məsələsi, nəfsi saflaşdırma və Allaha doğru seyrin daha effektiv olması üçün ümumi və xüsusi müəllimlərdən istifadə vacibliyi bu qaydadan müstəsna deyil.
Sufilərin bir dəstəsi özlərini “mürşid”, “şeyx”, “təriqət piri” və “qütb” adlandıraraq, başqalarını qeydsiz-şərtsiz özlərinə tabe etməyə çalışırlar. Deyirlər ki, təriqət pirindən şəriətə zidd əməllər görsəniz, irad tutmayın, çünki təslim ruhla bu işi görmək ona qarşı çıxmaqdır!
Sufizmə meyilliliyi “İhyaul-ulum” kitabının müxtəlif fəsillərindən bəlli olan və sufizm təriqətinin öz böyükləri kim təqdim etdiyi Qəzali həmin kitabın beşinci cildinin 51-ci fəslində, beşinci babda belə yazır:
“Müridlərin öz şeyxləri qarşısında ədəbi sufizmə görə ən mühüm ədəbdir. Mürid “Şeyx” qarşısında ixtiyarsız olmalıdır. Onun göstərişi olmadan can və malından istifadə etməməlidir... Müridin Şeyx müqabilində ən gözəl ədəbi sükutudur; Şeyx özü məsləhət bildiyi rəftarı ona göstəriş verməlidir. Şeyxdə hər hansı xoşagəlməz iş müşahidə etsə, bu da ürəyincə olmasa, Musa (ə) və Xızrın (ə) əhvalatını yadına salsın, hansı ki Xızırın gördüyü işləri Musa (ə) xoşagəlməz sayırdı, amma Xızır işin sirrini açandan sonra Musa (ə) fikrindən daşındı. Deməli, Şeyx hər hansı işi görsə, bir elmi üzrü və hikməti vardır!”. (1)
Şeyx Əttar, Yusif ibn Hüseyn Razi barəsində yazır:
Zun-nuni Misri (onun öz mürşidi) ona Misirdən çıxıb öz şəhərinə dönməklə bağlı göstəriş verəndə Yusif ondan düstur (əməli göstəriş) istədi.
Zun-nun dedi: Hər nə oxumusansa unut, bütün yazdıqlarını sil ki, pərdə götürülsün!
Əbu Səiddən nəql edilir ki, öz müridlərinə deyirdi:
“رَاْسُ هذَا الاْمْرِ کَبْسُ الْمَحابِرِ وَ خَرْقُ الدَّفاتِرِ وَ نِسْیانُ الْعِلْمِ” (2)
“Bu işin (təsəvvüf) əsası kağız-qələmi yığışdırmaq, dəftərləri (və kitabları) cırmaq və elmi unutmaqdır”!
Əbu Səid Kindinin barəsində gəlib ki, xanəgahda evi vardı və dərvişlər arasında yaşayırdı. Bəzən məxfi halda hövzə dərslərinə qatılardı. Bir gün xanəgahda mürəkkəb qabısı cibindən düşdü və sirri açıldı (elm öyrənməklə məşğul olduğu məlum oldu).
Sufilərdən biri ona dedi: “Övrətini gizlət!”. (3)
Sözsüz ki, o xanəgaha hakim olan atmosfer mürşid təlimlərinin və cəmiyyəti istiqamətləndirmənin nəticəsidir.
Bir halda ki, İslamda məşhur bir hədis var; İmam Sadiq (ə) Peyğəmbərdən (s) nəql edir və buyurur:
“وُزِّنَ مِدادُ الْعُلَماءِ بِدِماءِ الشُّهَداءِ فَیُرَجَّحُ مِدادُ الْعُلَماءِ عَلى دِماءِ الشُّهَداءِ” (4).
“Qiyamət günü alim və elm adamlarının mürəkkəbi (qələmlərinin ucu) şəhidlərin qanı ilə tərəzidə müqayisəli ölçüləcək. Alimlərin mürəkkəbi şəhidlərin qanından ağır gələcək”.
Yolun fərqini gör, hardan haradır!
Bir iş naşı adamın əlinə düşdükdə, məntiqi və şəri məsələdən təhrif və dəyişikliklərlə necə sui-istifadə etdiyini bilmək üçün yetər ki, Keyvan Qəzvininin (Mənsur Əlişah ləqəbli, hansı ki özü sufizm qütblərindəndir) qütbü seçməklə bağlı hədd-hüduduna diqqət edəsiniz:
O yazır: Qütb iddiasının həddi on maddədir:
1- Mən, Xatəmul-ənbiyanın (s) sahib olduğu batini vilayətə yiyələnmişəm! ... Bu fərqlə ki, o təsisçi idi, mən isə rəvac verən, idarə edən və mühafizkaram!
2- Mən bir dəstəni təkamülə çatdıra bilərəm. Belə ki, vücudlarındakı pisliklər ruhunu öldürüb, yaxud bədənlərindən çıxarıb başqasının (kafirlərin) canına ataram.
3- Mən təbiət və nəfs kimi qeydlərdən azadam!
4- Müridlərin bütün ibadət və ticarətləri mənim icazəmlə olmalıdır!
5- Müridlərə hər hansı adı təlqin etsəm və icazə versəm ki, dilində, yaxud qəlbində desin, o Allahın adı olacaq, qalanları etibardan düşür!
6- Dini maarif və qəlbi əqidələr mənim imzamla olarsa, reallığa uy
Şərh qeydə alınmayıb