İSLAM ƏXLAQINDA ÖRNƏYİN ROLU
Quran ayələri və İslam hədislərində yaşam tərzi üçün hansı həddə örnəyin – nümunənin vacibliyi vurğulanmışdır?
“Təvəlla” və “təbərra” prinsiplərinə əsasən, biz Allah dostlarını sevmək, düşmənlərinə ədavət bəsləmək və din rəhbərlərini hər şeydə örnək götürməklə vəzifələndirilmişik. Allah-taala “Mumtəhənə” surəsinin 4-cü ayəsində buyurur:
“İbrahim və onunla birlikdə olanlarda sizin üçün gözəl bir nümunə vardır. Onlar öz qövmünə dedilər: “Həqiqətən, biz sizdən və sizin Allahdan başqa tapındığınız şeylərdən uzağıq””.
Habelə, “Əhzab” surəsinin 21-ci ayəsində buyurur:
“Allahın elçisi sizlərə – Allaha və axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir”.