Qısa cavab:
Quran ayəsinə görə onlar ilk öncə canlarını almağa gələn mələklərin “haradadır Allahın yerinə pərəstiş etdikləriniz?” deyə suallarına tuş gələcəklər. İlk baxışda ayə mələklərlə kafirlərin sual-cavabından xəbər verir. Amma həqiqətdə bu onlar üçün mənəvi bir cəzadır.
Ətraflı cavab:
“Əraf” surəsinin 37-ci ayəsində bu suala cavab verilir. Allah-Taala buyurur:
اُولئِکَ یَنالُهُمْ نَصیبُهُمْ مِنَ الْکِتابِ حَتّى اِذا جائَتْهُمْ رُسُلُنا یَتَوَفَّوْنَهُمْ
“Onlar bir neçə gün Allah tərəfindən yazılmış və qərara alınmış paydan və müxtəlif nemətlərdən bəhrələnəcəklər. Ömür peymanələri dolanda və əcəlləri çatanda nəhayət elçilərimiz (can alan məmurlarımız) canlarını almaq üçün onların yanlarına gələcəklər.”
Öldükləri andan etibarən cəzaları başlanacaq. İlk öncə canlarını almağa gələn mələklərin danlaq və məzəmmətlərinə tuş gələcəklər:
قالُوا اَیْنَ ما کُنْتُمْ تَدْعُونَ مِنْ دُونِ اللهِ
“Onlar “haradadır Allahın yerinə çağırdıqlarınız?” deyə soruşacaqlar.”
Ömür boyu onlardan dəm vurur, varınızı, dövlətinizi onların ayaqlarına tökürdünüz?!
Onlar da əllərinin hər yerdən üzüldüyünü və məbudlarına bəslədikləri inancların puç olduğunu görərkən belə cavab verərlər:
قالُوا ضَلُّوا عَنّا
“Onlar, “hamısı bizim gözümüzdən itdilər və bizdən uzaqlaşdılar” deyəcəklər.
Onlardan heç bir əsər-əlamət qalmayıb. Onların bizi müdafiə etməyə gücləri yoxdur. Bizim onlara etdiyimiz bütün ibadətlər bihudə olmuşdur. Daha sonra əlavə edirlər:
وَ شَهِدُوا عَلى اَنْفُسِهِمْ اَنَّهُمْ کانُوا کافِرینَ
“Və öz ziyanlarına şəhadət verəcəklər ki, kafir olublar.”
İlk baxışda ayə mələklərlə kafirlərin sual-cavabından xəbər verir. Amma həqiqətdə bu onlar üçün mənəvi bir cəzadır. Bu suallar bir daha onlara əməllərinin nəticəsində düşdükləri xoşagəlməz vəziyyəti xatırladır. Ömürlərini necə azğınlıq içində keçirdiklərini, əllərindəki sərmayəni təmamilə itirdiklərini və sabaha heç nə saxlamadıqlarını onlara göstərmək istəyir. Artıq geriyə yol yoxdur. Bu, ilahi əzabın ruhlarına döyəclənən ilk atəşli dəyənəyidir. (1)
Şərh qeydə alınmayıb