Qısa cavab:
Cənnət nemətlərinin izahı bəyana sığmır. “Rəblərinin dərgahında onlar üçün istədikləri hər şey hazırdır” ayəsində nələrin gizləndiyi, möminlərin nə istədikləri və Allahın dərgahında nə kimi lütflərin olduğu təsəvvür olunmazdır.
Ətraflı cavab:
Quranı-kərim “Şura” surəsinin 22-ci ayəsində möminlərin mükafatı məsələsindən söz açaraq buyurur:
وَ الَّذِینَ آمَنُوا وَ عَمِلُوا الصّالِحاتِ فِی رَوْضاتِ الْجَنّاتِ
"İman gətirərək yaxşı işlər görmüş kəslər isə Cənnətin təravətli bağlarında olacaqlar."
“Rəvzat” sözü “rövzə” sözünün cəm formasıdır və çoxlu suyu və ağacları olan yerə deyilir. Ona görə də yaşıl və xürrəm olan bağlara “rövzə” deyilir. Bu ifadədən aydın şəkildə başa düşmək olur ki, cənnətin bağları fərqli-fərqlidir. Əməlləri saleh olan möminlər yeri cənnətin ən yaxşı bağlarındadır. Mənası odur ki, günahkar möminlərin yerləri “rövzat” olmasa da Allahın əfvinə nail olandan sonra cənnətə yol tapacaqlar. Amma ilahi lütf və bəxşişlər əməlləri saleh olan möminlər haqqında bununla bitmir. Onlar o qədər onun lütfünə layiq görülürlər ki, nə istəsələr pərvərdigarlarının yanında onlar üçün hazırlanar.
لَهُمْ ما یَشاوُنَ عِنْدَ رَبِّهِمْ
"Rəblərinin dərgahında onlar üçün istədikləri hər bir şey hazırdır."
Beləliklə, onların əməl və mükafatları arasında heç bir tənasüb yoxdur, mükafatları hər nəzərdən hədsiz-hüdudsuzdur. “Nə istəsələr hazırlanar” cümləsi bu həqiqətə əyani sübutdur.
Daha maraqlısı “ində rəbbihim” (pərvərdigarlarının yanında) ifadəsidir. İfadədə Allahın onlar haqqında göstərdiyi saysız-hesabsız lütfkarlıqlar öz əksini tapır. Allahın qürb məqamına nail olmaqdan daha böyük nemət nə ola bilər? Belə ki, şəhidlər barəsində də deyilir:
بَلْ اَحْیاءٌ عِنْدَ رَبِّهِمْ یُرْزَقُونَ
Əməlləri saleh olan möminlər barəsində də buyurur:
لَهُمْ ما یَشاوُنَ عِنْدَ رَبِّهِمْ
“Rəblərinin dərgahında onlar üçün istədikləri hər şey hazırdır.”
Yersiz deyil ki, sonda buyurur:
ذلِکَ هُوَ الْفَضْلُ الْکَبِیرُ
"Bu, həmin böyük lütfdür."
Cənnət nemətlərinin izahı bəyana sığmaz. Maddi dünyanın məhbusları olan bizlər üçün “Rəblərinin dərgahında onlar üçün istədikləri hər şey hazırdır” cümləsində nələrin gizləndiyi, möminlərin nə istədikləri və Allahın dərgahında nə kimi lütflərin olduğu təsəvvür olunmazdır.
Ümumiyyətlə, böyük tanrı bir şeyi böyük lütf adlandırırsa, məlumdur ki, nə qədər fikirləşsək belə o bizim düşündüyümüzdən qat-qat böyükdür.
Başqa sözlə desək, bu xalis bəndələr elə bir məqama nail olurlar ki, istədikləri hər şey onlar üçün tədarük görülər. Yəni, Pərvərdigarın sonsuz qüdrətinin nişanələri onların vücudlarında öz əksini tapar:
اِنَّما اَمْرُهُ اِذا اَرادَ شَیْئاً اَنْ یَقُولَ لَهُ کُنْ فَیَکُونُ
"Bir şeyin var olmasını istədiyi zaman ona ancaq «Ol!» deyər və o da dərhal olar."(1)
Bundan böyük lütf və fəzilət nə ola bilər? (2)
Şərh qeydə alınmayıb