Qısa cavab:
Bu, ona görədir ki, həmin gün “cəza” günüdür. “Din” sözünün lüğəvi mənası da “cəza”dır. Qiyamət günü həyata keçiriləcək cəza və mükafat məsələsi ən aydın məsələdir. Həmin gün əməllərin üzərindən pərdələr kənara çəkilər. Əməllər dəqiqliklə hesablanar.
Ətraflı cavab:
Bu ad Quranda neçə dəfə işlənsə də hamılıqla qiyamət mənasında işlənmişdir. Belə ki, Quranda “İnfitar” surəsinin 15, 17 və 18-ci ayələrində birmənalı şəkildə bu mənaya işarə olunmuşdur. (Bu ad 10 dəfədən çox Qurani Kərimdə həmin mənada işlənmişdir.)
Sual budur ki, nə üçün həmin gün “Din günü” adlandırılır?
Bu, ona görədir ki, həmin gün “cəza” günüdür. “Din” sözünün lüğəvi mənası da “cəza”dır. Qiyamət günü həyata keçiriləcək cəza və mükafat məsələsi ən aydın məsələdir. Həmin gün əməllərin üzərindən pərdələr kənara çəkilər. Əməllər dəqiqliklə hesablanar. Hər kəs əməllərinin, istər yaxşı, istərsə də pis əvəzini görər.
İmam Sadiqdən (əleyhis-salam) nəql olunan hədislərin birində həzrət buyurur:
یَومِ الدّینِ
Hesab günüdür.
Amma dinin “hesab” mənasına götürülməsi bəlkə də səbəbi demək və nəticəni nəzərdə tutmaq qəbilindəndir. Çünki həmişə hesab cəza və mükafat üçün müqəddimədir.
Təfsir alimlərindən bəzisinə görə Qiyamət gününün Yovmiddin adlandırılmasının səbəbi, həmin gün hər insanın öz dini bərabərində cəza görməsidir. Lakin birinci məna (hesab və cəza) daha doğru nəzərə çarpır. (1)
Şərh qeydə alınmayıb