Qısa cavab:
Ayədə deyilir ki, "Onlar təslim və itaətkar olarlar."
Lakin bu an müxtəlif sözlər danışar, çirkin əməllərini danıb deyərlər: “Biz heç bir pis iş görmürdük”. Yəni, o qədər yalan danışmışlar ki, yalan vücudlarının bir hissəsinə çevrilmişdir.
Ətraflı cavab:
Çox az insan ola bilər ki, "müşahidə" mərhələsində gözləri ilə həqiqəti görüb yenə də onu inkar etsin. Buna görə də, günahkarlar və zalımlar ölüm ayağında olarkən, qəflət və qürur pərdələri qalxandan sonra bərzəx gözləri açılır və iman gətirdiklərini izhar edirlər. Belə ki, Quran ayəsində oxuyuruq:
فَاَلْقَوُا السَّلَمَ
"Onlar təslim və itaətkar olarlar."
Lakin bu an müxtəlif sözlər danışar, çirkin əməllərini danıb (yuxarıdakı ayədə deyildiyi kimi) deyərlər: “Biz heç bir pis iş görmürdük”. Yəni, o qədər yalan danışmışlar ki, yalan vücudlarının bir hissəsinə çevrilmişdir. Onlar oranın yalan danışmaq yeri olmadığını bilə-bilə, yenə də yalan danışırlar. Hətta Qurani-kərimin bəzi ayələrindən başa düşmək olur ki, Qiyamət günündə də bir qrup insan yalan danışıacaq:
قالُوا وَ اللّهِ رَبِّنا ما کُنّا مُشْرِکِینَ
"Müşriklər deyərlər: “Rəbbimiz Allaha and olsun ki, biz əsla müşrik deyildik”". (1)
Başqaları da peşman olduqlarını deyər və dünyaya qayıtmağı istəyərlər. (2)
Bəziləri isə Firon kimi imanını izhar edər. (3)
Lakin hər halda bu sözlərin heç biri qəbul olunmur. Çünki bu sözlərin vaxtı çoxdan keçmişdir. Bu şəkildə imanı izhar etmək çarəsizlik üzündəndir. Dönə-dönə demişik ki, çarəsizlikdən olan imanın heç bir faydası yoxdur. (4)
Şərh qeydə alınmayıb