Qısa cavab:
Qurani-kərim müxtəlif ayələrdə bu yanlış fikrə cavab verir və “Sizi əvvəldə yaratdığı kimi (Qiyamət günü) qayıdacaqsınız” ayəsi bu zəmində ən qısa və ən maraqlı bəyandan istifadə edərək buyurur:
Özünüzün ilk öncə necə yarandığınıza baxın. Görün ki, sizin əsasən sudan və müəyyən qədər müxtəlif filizlərdən və onlara bənzər maddələrdən təşkil olunmuş bədəniniz əvvəllər harada idi?
Ətraflı cavab:
Məad və ölülərin həmin bədənlə axirət dünyası (cismani məad) haqqında söz-söhbət çoxdur. Quran ayələrindən aydın şəkildə başa düşmək olur ki, bu məsələni həzm etmək qədim dövrlərdə dardüşüncəli insanlar üçün çox çətin idi. Ona görə də, onlar peyğəmbərlərin sözlərində məad və axirət dünyasından bir şey eşidərkən bunu onları peyğəmbərliklərinin doğru olmamasına dəlil gətirirdilər. Hətta bunu onların dəliliklərinə yozur və deyirdilər:
افْتَرى عَلَى اللهِ کَذِباً اَمْ بِهِ جِنَّهُ
"Peyğəmbər (s) “Siz torpağa çevrilib dağıldıqdan sonra mütləq diriləcəksiniz” deyirsə, görəsən o, Allaha qarşı yalan uydurur, yoxsa onda bir dəlilikmi var?!"
Bu və digər ayələrdən başa düşmək olur ki, onları ən çox təəccübləndirən məsələ cismani məad idi. Çünki onlar bədənlər torpağa çevrildikdən və torpaq dənələri külək və tufan cərəyanı ilə Yer kürəsinin hər guşəsinə səpələndikdən sonra yenidən bu dənələrin torpağın bağrından, dənizlərin dalğaları arasından və havanın tozları içərisindən necə toplanacağına və beləliklə, həmin ilk insanın yenidən həyat donu geyinəcəyinə inanmırdılar.
Qurani-kərim müxtəlif ayələrdə bu yanlış fikrə cavab verir və “Sizi əvvəldə yaratdığı kimi (Qiyamət günü) qayıdacaqsınız” (2) ayəsi bu zəmində ən qısa və ən maraqlı bəyandan istifadə edərək buyurur:
Özünüzün ilk öncə necə yarandığınıza baxın. Görün ki, sizin əsasən sudan və müəyyən qədər müxtəlif filizlərdən və onlara bənzər maddələrdən təşkil olunmuş bədəniniz əvvəllər harada idi?
Sizin bədəninizdə işlənmiş suların hər damlası çox güman ki, Yer üzündəki okeanların birində üzməkdə idi. Sonra buxarlandı və buludlara çevrildi və yağış damcıları şəklində yerə töküldü.
Hal-hazırda bədəninizin təşkil olunduğu yerin maddələri bir gün buğda dənəsi və ya ağacın meyvəsi və yaxud da müxtəlif göyərtilər şəklində yerin müxtəlif nöqtələrindən yığılmışdı.
Buna görə də dağılandan və öz əvvəlki şəklinə qayıdandan sonra yenə həmin dənələrin yığılaraq bir-birinə qoşulub ilkin bədəni təşkil etməsi heç də təəccüblü deyil.
Belə bir şey qeyri-mümkün olsaydı, nə üçün yaranışın əvvəllərində baş verdi? Bu əsasla “Allah sizi əvvəldə yaratdığı kimi Qiyamət günü qayıdacaqsınız” (3)
Şərh qeydə alınmayıb