Qısa cavab:
“Hud” surəsində deyilir ki, göylər və yer durduqca, orada əbədi qalacaqlar, Rəbbinin istədiyi şey istisna olmaqla. Bu, ardı-arası kəsilməyən bir bəxşişdir.
Təfsirçilərə görə Allah-taala əbədi cənnətlə bağlı vəd vermiş və əsla öz vədinə xilaf çıxmayacaq. Lakin bir çoxlarının zehnində belə təsəvvür yaranmamalıdır ki, bu qəti vəd ilə artıq iş bitmiş və hər şey Allahın əlindən çıxmışdır. O hətta onları cənnətdən çıxarmağa və nemətləri onların əllərindən geri almağa da qadir deyil.
Ətraflı cavab:
Şübhəsiz ki, Allah-taala yaxşı insanlara bir çox ayələrdə daimi cənnəti vəd vermişdir və vədəsinə heç vaxt xilaf çıxmayacaq. Allah-taala özü bu barədə buyurur:
وَعْدَ اللَّهِ لا یُخْلِفُ اللَّهُ وَعْدَهُ
"Bu, Allahın vədəsidir, Allah əsla Öz vədəsinə xilaf çıxmaz." (1)
Sadəcə bir çoxlarının zehnində belə təsəvvür yarana bilər ki, bu qəti vədə ilə artıq iş bitmiş və hər şey Allahın əlindən çıxmışdır. O hətta onları cənnətdən çıxarmağa və nemətləri onların əllərindən geri almağa da qadir deyil. Elmi dillə desək, bu qəti qəza Allahın qüdrətini məhdudlaşdıracaq və onun qüdrət dairəsini kiçildəcəkdir. Bu səbəbdən Allah-taala “Rəbbinin istədiyi şey istisna olmaqla” cümləsi ilə bu həqiqətə təkid edir ki, o, əbədi cənnətlə bağlı vəd vermiş və əsla öz vədinə xilaf çıxmasa da belə, bu məsələ onun qüdrətindən nəyisə azaltmır, bütün yaranmışların ixtiyar sahibi yenə də odur, nə istəsə onu edə bilər. Onun qüdrəti hər bir şey haqqında qüvvədədir.
“Rəbbinin istədiyi şey istisna olmaqla” cümləsi eynilə sonrakı ayədə cəhənnəm əhlinə əbədi əzab vəd edilərkən təkrar olunur. Səbəbi də yuxarıdakı ayədə qeyd olunan səbəblə eynidir.
Sözügedən təfsiri təsdiq edən əlamətlərdən biri də ayənin sonunda yer alan “Bu, ardı-arası kəsilməyən bir bəxşişdir” cümləsidir. Bu cümlədə deyilir ki, bu, Allahın əsla ondan ayrılmayan daimi və dəyişməz bəxşişidir. (2)
Şərh qeydə alınmayıb