Qısa cavab:
Bəzi alimlərə görə, ayədə cəhənnəmə daxil olma səbəbləri, yəni günahların onları əhatə etməsi nəzərdə tutulur.
Digər alimlərə görə isə, bu, gələcəkdə baş verəcək qəti hadisələrdəndir ki, "keçmiş" və yaxud "indiki" zaman formasında bəyan olunmuşdur. Belə ki, cəhənnəm gələcəkdə onları öz əhatə dairəsinə alacaqdır.
Ətraflı cavab:
Təfsir alimləri “Cəhənnəm kafirləri əhatə etmişdir.” (1) ayəsi haqqında müxtəlif fikirlər irəli sürmüşlər:
Bəzi alimlərə görə, ayədə cəhənnəmə daxil olma səbəbləri, yəni günahların onları əhatə etməsi nəzərdə tutulur.
Digər alimlərə görə isə, bu, gələcəkdə baş verəcək qəti hadisələrdəndir ki, "keçmiş" və yaxud "indiki" zaman formasında bəyan olunmuşdur. Belə ki, cəhənnəm qəti şəkildə gələcəkdə onları öz əhatə dairəsinə alacaqdır.
Digər bir ehtimalı da irəli sürmək olar ki, cümləni həqiqi mənasına uyğun olaraq təfsir edib "Hazırda cəhənnəm mövcuddur və bu dünyanın daxilində yerləşir." – deyək. Onlar cəhənnəmdə olsalar da, hələ onun təsiretmə fərmanı verilməyib. Eləcə də, cənnət hal-hazırda var və bu dünyanın batin və daxilində hamını əhatə edir. Bir fərqlə ki, cənnət əhlinin cənnətlə uyğunluğu olduğuna görə, onunla əlaqədə, cəhənnəm əhlinin də cəhənnəmlə uyğunluğuna görə, cəhənnəmlə əlaqədədirlər. (2)
Şərh qeydə alınmayıb