Qısa cavab:
“Ənbiya” surəsində Cənnət əhlinə veriləcək dörd böyük ilahi nemətdən söz açılır: Onlar odun səsini (uğultusunu) əsla eşitməyəcəklər. Ürəkləri istəyən nemətin (Cənnət nemətlərinin) içində əbədi qalacaqlar. O böyük vahimə onları kədərləndirməz. Mələklər onları qarşılayaraq təbrik edər, gözaydınlığı və müjdə verərlər: “Bu, sizə vəd olunmuş həmin o gündür!”.
Ətraflı cavab:
Allah-taala “Ənbiya” surəsinin 102 və 103-cü ayələrində Cənnət əhlinə veriləcək dörd böyük ilahi nemətdən söz açır.
İlk öncə buyurur:
لایَسْمَعُونَ حَسِیسَها
"Onlar odun səsini (uğultusunu) əsla eşitməyəcəklər."
Lüğət alimlərinə görə “həsis” sözü hiss olunan səsə deyilir. Həmçinin hərəkət və yaxud hərəkətdən doğan səs mənasında da işlənmişdir. Cəhənnəm atəşi alovlanıb daim irəlilədikcə xüsusi uğultu verir. Bu səs bir tərəfdən od səsi olduğuna görə, digər tərəfdən isə irəliləyiş səsinə görə çox dəhşətlidir.
Həqiqi möminlər Cəhənnəm odundan uzaqdırlar deyə bu dəhşətli səsləri əsla eşitməzlər.
Həmçinin onlar:
وَ هُمْ فِی مَا اشْتَهَتْ اَنْفُسُهُمْ خالِدُونَ
"Ürəkləri istəyən şeyin (Cənnət nemətlərinin) içində əbədi qalacaqlar."
Yəni, orada bu dünyanın məhdudiyyətləri yoxdur ki, insan bir çox nemətləri arzulasa da onlara əli çatmır. Orada hər maddi və mənəvi neməti istəsə, istisnasız olaraq ona verilir. O da bir gün, iki gün deyil, əbədi bir ömür boyu.
Üçüncü nemət isə budur:
لایَحْزُنُهُمُ الْفَزَعُ الاْ َکْبَرُ
"O böyük vahimə onları kədərləndirməz."
“Fəzəul-əkbər” (böyük vahimə) sözünü bəzi alimlər Qiyamət gününün vahiməsi kimi izah etmişlər ki, o vahimə bütün başqa qorxu və vahimələrdən böyükdür. Bəzi alimlər isə onun Surda çalınmasına, bu dünyanın sonunda baş verəcək dəyişikliklərə və bu aləmin quruluşunda olacaq müdhiş dağıntılara işarə hesab etmişlər. “Nəml” surəsinin 87-ci ayəsini ona misal çəkmək olar.
Lakin Qiyamət gününün dəhşət və vahiməsi sözsüz ki, ondan daha da əhəmiyyətlidir. Buna görə də, birinci təfsir daha düzgün nəzərə çarpır.
Qısası, Allahın bu ayələrdə sözügedən şəxslərə sonuncu lütfü bundan ibarətdir:
وَ تَتَلَقّاهُمُ الْمَلائِکَهُ هذا یَوْمُکُمُ الَّذِی کُنْتُمْ تُوعَدُونَ
"Mələklər onları qarşılayaraq təbrik edər, gözaydınlığı və müjdə verərlər: “Bu, sizə vəd olunmuş həmin o gündür!”"
“Nəhcül-bəlağə”də oxuyuruq ki, Əmirəl-möminin Əli (əleyhis-salam) belə buyurur:
فَبادِرُوا بِاَعْمالِکُمْ تَکُونُوا مَعَ جِیرانِ اللّهِ فِی دارِهِ، رافَقَ بِهِمْ رُسُلَهُ، وَ اَزارَهُمْ مَلائِکَتَهُ، وَ اَکْرَمَ اَسْماعَهُمْ اَنْ تَسْمَعَ حَسِیسَ نار اَبَداً
Şərh qeydə alınmayıb