Qısa cavab:
Qurani-Kərimdə bu məsələyə işarə olunur: "Mələklər Cənnətin hansı qapısından onların yanına daxil olsalar deyərlər: “Etdiyiniz səbrin müqabilində salam olsun sizə! O dünyanın sonu necə də gözəldir!” Bəzən Cənnətə daxil olduqdan sonra mələklərin salam və alqışları ilə üzləşəcəklər. Bəzən ruhları canlarından alınarkən bu salam ölüm mələkləri tərəfindən onlara bəxş edilər. Onlar belə deyərlər: “Salam olsun sizə, etdiklərinizin mükafatı olaraq Cənnətə daxil olun!”
Ətraflı cavab:
Cənnət öz-özlüyündə Darus-səlamdır. Bu barədə “Yunus” surəsinin 25-ci ayəsində oxuyuruq:
وَ اللّهُ یَدْعُوا اِلى دارِ السَّلامِ
"Allah (bəşəriyyəti) "Darus-səlama" – salamatlıq və əmin-amanlıq olan bir yerə dəvət edir.
O yerlərin sakinləri olan cənnət əhli bəzən mələklərin salamı ilə üzləşir.
"Mələklər Cənnətin hansı qapısından onların yanına daxil olsalar deyərlər:
وَ الْمَلائِکَهُ یَدْخُلُونَ عَلَیْهِمْ مِنْ کُلِّ باب * سَلامٌ عَلَیْکُمْ بِما صَبَرْتُمْ فَنِعْمَ عُقْبَى الدّارِ
“Etdiyiniz səbrin müqabilində salam olsun sizə! O dünyanın sonu necə də gözəldir!” (1)
Bəzən "Əraf"ın sakinləri onları səsləyib deyərlər:
وَ نادَوْا اَصْحابَ الْجَنَّهِ اَنْ سَلامٌ عَلَیْکُمْ
“Salam olsun sizə!” (2)
Bəzən Cənnətə daxil olduqdan sonra mələklərin salam və alqışları ilə üzləşəcəklər. Bəzən ruhları canlarından alınarkən bu salam ölüm mələkləri tərəfindən onlara bəxş edilər. Onlar belə deyərlər:
الَّذِینَ تَتَوَفّاهُمُ الْمَلائِکَهُ طَیِّبِینَ یَقُولُونَ سَلامٌ عَلَیْکُمْ اُدْخُلُوا الْجَنَّهَ بِما کُنْتُمْ تَعْمَلُونَ
“Salam olsun sizə, etdiklərinizin mükafatı olaraq Cənnətə daxil olun!” (3)
Bəzən də özləri biri-birlərinə salam verərək alqışlayarlar:
تَحِیَّتُهُمْ فِیها سَلامٌ
"Onların oradakı xeyir-duaları “salam”dır." (4)
سَلامٌ قَوْلاً مِنْ رَبّ رَحِیم
Bu salamların hamısından daha üstünü Pərvərdigarın salamıdır.
لایَسْمَعُونَ فِیها لَغْواً وَ لا تَاْثِیماً * اِلاّ قِیلاً سَلاماً سَلاماً
"Orada əsla bihudə və günah sözlər eşitməyəcəklər. Salam, salamdan başqa!"(5)
Amma bu salam təkcə dildə olan salam deyil. Bu salamın aram edici və salamatlıq dolu təsiri insanın ruhunun dərinliklərinə nüfuz edir, hamını sakitlik və salamatlıqa qərq edir. (6)
Şərh qeydə alınmayıb