Qısa cavab:
Quran-Kərimdə maddi nemətlərdən, misal üçün ağaclarının altından çaylar axan bağlardan, saraylardan, pakizə həyat yoldaşlarından, rəngarəng meyvələrdən, həmrəy dostlardan və s. söz açılsa da bu nemətlərin kənarından daha əhəmiyyətli mənəvi nemətlərə də toxunulur ki, onların ən əsası Allah rizasıdır. Məsələn “Tövbə” surəsinin 72-ci ayəsində buyurur:
"Allah mömin kişilərə və möminə qadınlara ağaclarının altından çaylar axan, əbədi qalacaqları bağlar vəd etmişdir. Onların əbədi cənnətlərdə pakizə məskənləri olacaq! Həmçinin, Allah tərəfindən olan razılıq isə onların hamısından böyükdür. Budur böyük uğur və qurtuluş!"
Ətraflı cavab:
Quran ayələrinin çoxunda Cənnətdəki maddi nemətlərdən, misal üçün ağaclarının altından çaylar axan bağlardan, saraylardan, pakizə həyat yoldaşlarından, rəngarəng meyvələrdən, həmrəy dostlardan və s. söz açılsa da bu nemətlərin kənarından daha əhəmiyyətli mənəvi nemətlərə də toxunulur ki, onların dəyərini bizim ölçü vahidləri ilə qiymətləndirmək qeyri-mümkündür. Məsələn “Tövbə” surəsinin 72-ci ayəsində buyurur:
وَعَدَ اللّهُ الْمُوْمِنینَ وَ الْمُوْمِناتِ جَنّات تَجْری مِنْ تَحْتِهَا الاَنْهارُ خالِدینَ فیها وَ مَساکِنَ طَیِّبَهً فی جَنّاتِ عَدْن وَ رِضْوانٌ مِنَ اللّهِ اَکْبَرُ ذلِکَ هُوَ الْفَوْزُ الْعَظیمُ
"Allah mömin kişilərə və möminə qadınlara ağaclarının altından çaylar axan, əbədi qalacaqları bağlar vəd etmişdir. Onların əbədi cənnətlərdə pakizə məskənləri olacaq! Həmçinin, Allah tərəfindən olan razılıq isə onların hamısından böyükdür. Budur böyük uğur və qurtuluş!"
“Bəyyinə” surəsinin 8-ci ayəsində Cənnətin maddi nemətlərindən sonra buyurur:
رَضِیَ اللّهُ عَنْهُمْ وَ رَضُوا عَنْه
"Allah onlardan razıdır və onlar da Allahdan razıdırlar." (1)
Həqiqətən, əgər bir kəs o məqama çatsa ki, Allahın ondan və onun da Allahdan razı olduğunu hiss etsin, başqa nemətlərin hamısını yadından çıxarar, yalnız ona ürək bağlayar, ondan başqası haqqında düşünməz. Bu heç bir dil və bəyanla vəsf olunmayacaq mənəvi bir ləzzətdir.
Qısa sözlə desək, məad həm mənəvi, həm də cismani (maddi) xarakterə malik olduğundan Cənnət də hər iki xarakterli nemətləri özündə cəmləşdirir ki, hamı öz istedad və ləyaqəti çərçivəsində onlardan bəhrələnə bilsin. (2)
Şərh qeydə alınmayıb