Qısa cavab:
Bir çox ayələrdə məntiqi bəhs aparılır və misalla axirət dünyası başa salınır. Məsələn “Göydən xeyir-bərəkət dolu su endirdik. Onun vasitəsi ilə yamyaşıl bağlar və biçilməli dənlər bitirdik. Həmçinin, su vasitəsi ilə ölmüş torpağı diriltdik. Sizin də qəbirlərdən çıxmağınız belədir” ayəsi düşünən insanlara xitabdır. Qısa sözlə desək, Qurani-kərimin məad, onun sifətləri, müqəddimələri və nəticələri ilə əlaqədar yaratdığı təsvir və bu zəmində irəli sürdüyü aydın dəlillər o qədər canlı və qaneedicidir ki, oyaq vicdandan azacıq bəhrəsi olan hər bir insanı dərindən təsir altına sala bilər.
Ətraflı cavab:
Quranın axirətlə əlaqədar bəhsləri bəzən məntiqi dəlillərə əsaslanır, bəzən də sərt və təsirli xitab formasındadır ki, insan onu eşidəndə təəccüb doğurur. Kəlamdakı sadiqanə bəyan tərzi elədir ki, güclü bir dəlil kimi insanın vücudunun dərinliklərinə işləyir.
Məntiqi dəlillərə gəlincə, Quran daha çox məadın (axirət dünyasının) mümkünlüyü məsələsinə toxunur. Çünki axirəti inkar edənlər adətən onu qeyri-mümkün hesab edir və inanırdılar ki, məad, xüsusilə də cismani məad – çürümüş və torpağa qarışmış cisimlərin yenidən həyata qayıtması qeyri-mümkündür.
Bu hissədə Quran tamamilə müxtəlif və rəngarəng üsullarla bəhsə daxil olur və bu üsulların hamısı eyni sonluqla qurtarır ki, o da məadın əqli cəhətdən mümkünlüyüdür:
Bəzən ilkin həyatı insanın gözləri önündə canlandırır. Qısa, aydın və dolğun bir cümlə ilə buyurur:
کَما بَدَاَکُمْ تَعُودُون
“(Möminlərə işarə edərək deyərlər:) “Məgər bunlar Allahın öz rəhmətinə qovuşdurmayacağını and içdiyiniz kəslər deyildirlər? (Sonra möminlərə deyəcəklər:) Cənnətə daxil olun ki, sizə nə bir qorxu var və nə də qəmgin olacaqsınız.””
“Sizi əvvəldə yaratdığı kimi qayıdacaqsınız.” (1)
Bəzən isə bitkilərin həyat və ölümünü və onların hər il müşahidə etdiyimiz axirətini gözlərimiz önündə canlandırır və sonda buyurur:
وَ نَزَّلْنا مِنَ السَّماءِ ماءً مُبارَکاً فَاَنْبَتْنا بِهِ جَنّات وَ حَبَّ الْحَصِیدِ... * وَ اَحْیَیْنا بِهِ بَلْدَهً مَیْتاً کَذلِکَ الْخُرُوجُ:
“Göydən xeyir-bərəkət dolu su endirdik. Onun vasitəsi ilə yamyaşıl bağlar və biçilməli dənlər bitirdik. Həmçinin, su vasitəsi ilə ölmüş torpağı diriltdik. Sizin də qəbirlərdən çıxmağınız belədir” (2)
Digər ayədə buyurur:
وَ اللّهُ الَّذِی اَرْسَلَ الرِّیاحَ فَتُثِیرُ سَحاباً فَسُقْناهُ اِلى بَلَد مَیِّت فَاَحْیَیْنا بِهِ الاَرْضَ بَعْدَ مَوْتِها کَذلِکَ النُّشُورُ
“Buludu hərəkətə gətirən küləkləri göndərən Allahdır, Biz onu ölmüş bir torpağa tərəf sövq etdik və onunla o torpağı öldükdən sonra diriltdik. Qiyamət günü dirilmə də belədir.” (3)
Bəzən Allahın göyləri və yeri yaratdığı gücü misal çəkərək buyurur:
اَوَ لَمْ یَرَوْا اَنَّ اللّهَ الَّذِی خَلَقَ السَّماواتِ وَ الاَرْضَ وَ لَمْ یَعْیَ بِخَلْقِهِنَّ بِقادِر عَلى اَنْ یُحْیِیَ الْمَوْتى بَلى اِنَّهُ عَلى کُلِّ شَیْء قَدِیرٌ
“Məgər göyləri və yeri yaradan və onları yaratmaqla yorulub aciz qalmamış Allahın ölüləri diriltməyə qadir olmasını bilmirlər? Bəli, şübhəsiz, O hər şeyə qadirdir.” (4)
Bəzən isə enerjilərin bərpa olunmasını, yaşıl ağacdan od çıxmasını və odun suyun daxilində yerləşməsini onun qüdrətindən bir nümunə kimi qeyd edərək buyurur:
الَّذِی جَعَلَ لَکُمْ مِنَ الشَّجَرِ الاَخْضَرِ ناراً
“Sizin üçün yamyaşıl ağacdan od əmələ gətirən Allah (ölülərə həyat libası geyindirəcək.).”(5)
Bəzən də, ana bətnindəki insan rüşeyminin (nütfəsinin) həyat tərzindən söz açaraq buyurur:
یا اَیُّهَا النّاسُ اِنْ کُنْتُمْ فِی رَیْب مِنَ الْبَعْثِ فَاِنّا خَلَقْناکُمْ مِنْ تُراب ثُمَّ مِنْ نُطْفَه ثُمَّ مِنْ عَلَقَه ثُمَّ مِنْ مُضْغَه مُخَلَّقَه وَ غَیْرِ مُخَلَّقَه لِنُبَیِّنَ لَکُمْ وَ نُقِرُّ فِی الاَرْحامِ ما نَشاءُ اِلى اَجَل مُسَمّىً ثُمَّ نُخْرِجُکُمْ طِفْلاً
“Ey insanlar! Əgər ölümdən sonra dirilməyə şübhə edirsinizsə, onda unutmayın ki, Biz sizi torpaqdan, sonra nütfədən, sonra ələqədən (laxtalanmış qandan) daha sonra bəzisinin yaradılış şəklində, bəzisininki isə şəkilsiz olan muzğədən (çeynənmiş ətə bənzər ət parçasından) yaratdıq. Məqsəd, sizə qüdrətimizi aydınlaşdırmaqdır. Biz (uşaqlardan) istədiyimizi müəyyən müddətədək uşaqlıqda saxlayırıq. Sonra sizi körpə olaraq dünya aləminə göndərərik.” (6)
Digər ayələrdə də uzun yuxular axirətə bənzədilir. Bu yuxular ölümün qardaşıdır. Bəzi cəhətdən ona ölüm demək də olar. Əshabi-Kəhfin 309 illik yuxusunu buna misal çəkmək olar. Daha sonra onların yuxu və oyaq halları haqqında maraqlı və gözəl şərh edərək buyurur:
وَ کَذلِکَ اَعْثَرْنا عَلَیْهِمْ لِیَعْلَمُوا اَنَّ وَعْدَ اللّهِ حَقٌّ وَ اَنَّ السّاعَهَ لارَیْبَ فِیها
“Və beləcə, camaatı onların halından xəbərdar etdik ki, Allahın vədinin haqq olmasını bilsinlər. Qiyamət günündə heç bir şəkk-şübhə yoxdur.”
Bundan əlavə, sözügedən mövzu üçün hər biri tarixi bir nümunə olan hekayətlər, o cümlədən həzrət İbrahimin (əleyhis-salam) “Dörd quş” hekayəti (8), Üzeyir peyğəmbərin (əleyhis-salam) başına gələnlər və Bəni-İsraildən ölən bir nəfərin hekayəti (10) Quranın bu zəmində nəql etdiyi digər dəlil və faktlardandır.
Qısa sözlə desək, Qurani-kərimin məad, onun sifətləri, müqəddimələri və nəticələri ilə əlaqədar yaratdığı təsvir və bu zəmində irəli sürdüyü aydın dəlillər o qədər canlı və qaneedicidir ki, oyaq vicdandan azacıq bəhrəsi olan hər bir insanı dərindən təsir altına sala bilər.
Bəzi alimlərin dediyinə görə, Quranda təxminən 1200 ayə məaddan bəhs edir. Belə ki, onları bir yerə toplayıb təfsir etsək, irihəcmli bir kitab alınar. (11)
Şərh qeydə alınmayıb