Qısa cavab:
Qurani-Kərimin bir çox ayələrində təbiət qanunları missal çəkilərək düşünən insanlara axirət dünyası başa salınır. Məsələn Quranda məad və axirətdən bəhs edilərkən ölü torpaqlar haqqında qeyd olunan “Dirinin ölüdən çıxarılması” məsələsinə dönə-dönə təkid olunur.
Ətraflı cavab:
“Rum” surəsinin 19-cu ayəsində Allah-taala axirət və məadı inkar edənlərə belə cavab verir:
یُخْرِجُ الْحَىَّ مِنَ الْمَیِّتِ وَ یُخْرِجُ الْمَیِّتَ مِنَ الْحَىِّ وَ یُحْىِ الاْرْضَ بَعْدَ مَوْتِها وَ کَذلِکَ تُخْرَجُونَ
“Allah dirini ölüdən və ölünü diridən çıxarır. O, yeri öldükdən sonra dirildir və siz də (Qiyamət günü) beləcə çıxarılacaqsınız.”
Axirət və dünyanın sonundakı hadisələrdən biri dirinin ölüdən çıxarılması (yaranması), digəri isə ölünün diridən çıxarılmasıdır. Bu hadisələr (fəsillər dəyişməklə) daim sizin gözünün önündə təkrar olunur. Buna görə də, dünyanın sonunda bütün canlı varlıqların ölməsinə və Qiyamət günü bütün insanların yeni həyata qayıtmasına təəccüb etmək lazım deyil.
Quranda məad və axirətdən bəhs edilərkən ölü torpaqlar haqqında qeyd olunan “Dirinin ölüdən çıxarılması” məsələsinə dönə-dönə təkid olunur. Hamıya məlumdur ki, qış fəslində torpaq ölü vəziyyət alır. Torpaqdan nə bir bitki çıxır, nə bir gül açır və nə də tumurcuq çiçəkləyir. Amma bahar fəslində havanın mülayimləşməsi, həyat verici yağış damlalarının yerə düşməsi ilə torpaqda canlanma yaranır. Hər yerdə yamyaşıl bitkilər baş qaldırır, güllər gülümsəyir, tumurcuqlar budaqların üzərində görünməyə başlayır. Bütün bunlar, dünyamızda şahidi olduğumuz məad səhnəsidir.
Amma ölünün diridən çıxarılması da qaranlıq bir məsələ deyil. Daim yer kürəsi üzərində müəyyən ağaclar quruyub taxtalara dönürlər. İnsanlar və heyvanlar həyata göz yumur və cansız cəsədə çevrilirlər.
Ölüdən diri varlığın doğulmasını isə bəzi təfsir alimləri insan və heyvanın nütfədən çıxması kimi izah etmişlər. Həmçinin, bəzi alimlər onu kafir insandan möminin doğulması kimi, bəziləri isə insanın yuxudan oyanması kimi təfsir etmişlər.
Amma ilk baxışda ayənin əsl mənası onların heç bir deyil, çünki nütfənin özü də canlı varlıqdır.
İman və küfr məsələsi isə ayənin batini mənalarındandır. Yuxu və oyanmaq da məcazi mənaya aiddir. Çünki yuxu və oyanış həqiqi ölüm və həyat deyil.
Bu səbəbdən demək olar ki, daim təbiət aləminin qanunlarında həyat ölümdən ölüm isə həyatdan doğur. Buna görə də, təbiəti yaradan Allah o biri dünyada ölüləri diriltməyə qadirdir. (1)
Şərh qeydə alınmayıb