Qısa cavab:
Quran ayələrində bəyan olunduğu kimi məadı (axirəti) rədd edənlər adətən üç məsələyə əsaslanırlar:
1) Qiyamət gününü həyata keçirmək qabiliyyətinə kim malikdir?
2) Qiyamət günü nə vaxt baş verəcək?
3) Qiyamət günü kim tərəfindən baş verəcək və bizi yeni həyata kim qaytaracaq?
Ətraflı cavab:
Quran ayələrində azacıq diqqət etməklə başa düşmək olar ki, məadı (axirəti) rədd edənlər adətən üç məsələyə əsaslanırlar:
1) Qiyamət gününü həyata keçirmək qabiliyyətinə kim malikdir?
2) Qiyamət gününün zamanı.
3) Qiyamət gününün sahibi.
“İsra” surəsinin 49-52-ci ayələrində axirəti inkar edənlərin bu üç şübhəsinə cavab verilir. Əvvəlcə deyilir:
وَ قَالُوا اَاِذا کُنّا عِظاماً وَ رُفاتاً اَاِنّا لَمَبْعُوثُونَ خَلْقاً جَدِیداً
"Və dedilər: “Məgər bizim bir ovuc sümüklərə çevriləcəyimiz və bu sümüklərin də çürüyüb torpağa qatışacağı zaman, yeni bir məxluq surətində dirildiləcəyik?”" (1)
Ümumiyyətlə, çürüyüb hər zərrəsi bir tərəfə dağılmış sümüklər yenidən yığılıb dirildilə bilərmi? Həqiqətdə bu sual axirətin cismani olmasına tutulan iraddır.
İkinci şübhə: Onlar deyirdilər ki, çox gözəl, çürüyüb dağılmış sümüklərin həyata qayıtmasını qəbul etsək də, kim bu işi görmək qabiliyyətinə malikdir? Çünki onlar bu çevrilişi həqiqətdə çox mürəkkəb və olduqca çətin bir iş sayırdılar.
فَسَیَقُولُونَ مَنْ یُعیدُنا
"Onlar deyəcəklər: “Bizi (yeni həyata) kim qaytaracaqdır?”" (2)
Onların üçüncü sualı:
فَسَیُنْقِضُونَ اِلَیْکَ رُوُسَهُمْ وَ یَقُولُونَ مَتى هُوَ
"Başlarını təəccüb və inkar əlaməti olaraq bulayar və soruşarlar: “Bu məad nə vaxt olacaqdır?”" (3)
Onlar bu sualla həqiqətdə bu məsələyə toxunmaq istəyirdilər ki, torpağa dönmüş maddə yenidən insan olmaq qabiliyyətinə malik olsa və Allahın da buna gücü çatacağını qəbul etsək, yenədə nisyə vəddən başqa bir şey deyil. Bu hadisə nə vaxt baş verəcəyi əsla məlum deyil?! Əgər min və yaxud milyon il bundan sonra qiyamət baş versə, bizim bugünkü həyatımıza nə kimi təsiri ola bilər? Nisyəni kənara qoyub nağd söz danışın. (4)
Şərh qeydə alınmayıb