Qısa cavab:
Kəhf surəsində əshabi-kəhfin yuxudan oyanan anlarından söz açılır. Bu yuxu ölümə bənzər bir yuxu idi. Onların yuxudan oyanması da eynilə axirət oyanışı kimi oldu. Ona görə də, Qurani-kərim “Kəhf” surəsinin 19 və 20-ci ayələrində buyurur: “Biz onları belə ayağa qaldırdıq (oyatdıq). Əshabi-Kəhfin yuxu macərası isə, cismani məadın tərəfdarları üçün qətiyyətli bir dəlil idi. Ona görə də, Quran sonrakı ayədə buyurur: “Beləcə (onları yatırdığımız kimi yenidən ağır yuxudan oyatdıq və) camaatı onların halından xəbərdar etdik ki, Allahın vədinin haqq olmasını bilsinlər və dünyanın sonunda Qiyamətin qopacağı haqdır.”
Ətraflı cavab:
Əshabi-Kəhfin yuxusu 309 ildən çox çəkdi. Bu yuxu ölümə bənzər bir yuxu idi. Onların yuxudan oyanması da eynilə axirət oyanışı kimi oldu. Ona görə də, Qurani-kərim “Kəhf” surəsinin 19 və 20-ci ayələrində buyurur:
وَ کَذلِکَ بَعَثْناهُمْ
“Biz onları belə ayağa qaldırdıq (oyatdıq).
Yəni, biz onları uzun-uzun yatızdırmağa qadir olduğumuz kimi oyatmağa da qadirik. Biz onları yuxudan oyatdıq ki, “bir-birini sorğu-suala tutsunlar.”
لِیَتَسائَلُوا بَیْنَهُمْ قالَ قائِلٌ مِنْهُمْ کَمْ لَبِثْتُمْ
“Onlardan biri soruşdu: “Burada, nə qədər yuxuya getmisiniz (yatmısınız)?””
قالُوا لَبِثْنا یَوْماً اَوْ بَعْضَ یَوْم
“Dedilər: “Bir gün, ya günün bir hissəsini qalmışıq (yatmışıq).”
Bu tərəddüd – bəlkə də bəzi təfsir alimlərinin dedikləri kimi ona görə idi ki, onlar səhər vaxtı mağaraya daxil olaraq yuxuya getmiş, günün sonunda oyanmışdılar. Bu da əvvəlcə bir gün yatdıqlarını güman etmələrinə səbəb oldu. Günəşin mənzərəsini görəndən sonra isə “günün bir hissəsi” fikrini irəli sürdülər.
Lakin sonda yatdıqları müddətin nə qədər olduğunu dəqiq müəyyən edə bilmədiklərinə görə dedilər:
قَالُوا رَبُّکُمْ اَعْلَمُ بِمَا لَبثْتُمْ
“Nə qədər qaldığınızı (yatdığınızı) Rəbbiniz daha yaxşı bilir.”
Onlar aclıq hiss edir və qidaya böyük ehtiyac duyurdular. Bədənlərinin qida ehtiyacı tamamilə bitmişdi. Bu səbəbdən ilk təklifləri belə oldu:
فَابْعَثُوا اَحَدَکُمْ بِوَرِقِکُمْ هذِهِ اِلَى الْمَدینَهِ فَلْیَنْظُرْ اَیُّها اَزْکى طَعاماً فَلْیَاْتِکُمْ بِرِزْق مِنْهُ
“İndi yanınızda olan gümüş pulu aranızdan birininə verib şəhərə tərəf göndərin, o, gərək dükanlardan kimin təam və yeməyinin daha pak olmasını öyrənsin və sizə ondan bir ehtiyac duyduğunuz ruzi gətirsin.”
وَلْیَتَلَطَّفْ وَ لا یُشْعِرَنَّ بِکُمْ اَحَداً
“Və o, əlbəttə, çox diqqətli davranmalı və heç kəsi sizin vəziyyətinizdən xəbərdar etməməlidir.”
اِنَّهُمْ اِنْ یَظْهَرُوا عَلَیْکُمْ یَرْجُمُوکُمْ اَوْ یُعیدُوکُمْ فى مِلَّتِهِمْ
“Çünki onlar sizin vəziyyətinizdən xəbərdar olsalar və sizi ələ keçirsələr, sizi daşqalaq edəcək, yaxud öz dinlərinə qaytaracaqlar.”
وَ لَنْ تُفْلِحُوا اذاً اَبَداً
“O zaman, əsla nicat tapmayacaqsınız!”
Əshabi-Kəhfin yuxu macərası isə, cismani məadın tərəfdarları üçün qətiyyətli bir dəlil idi. Ona görə də, Quran sonrakı ayədə buyurur:
وَ کَذلِکَ اعْثَرْنا عَلَیْهِمْ لِیَعْلَمُوا انَّ وَعْدَاللهِ حَقٌّ
““Onları yatırdığımız kimi” yenidən ağır yuxudan oyatdıq və camaatı onların halından xəbərdar etdik ki, Allahın vədinin haqq olmasını bilsinlər.”
وَ اَنَّ السّاعَهَ لا رَیْبَ فیها
“Və dünyanın sonunda Qiyamətin qopacağı haqdır.”
Çünki bu yuxu yüz illərlə uzun çəkdi və bir cəhətdən də ölümə bənzəyirdi. Onların yuxudan oyanması Qiyamət gününü xatırladırdı. Belə söyləməyimiz daha yaxşı olardı ki, bu yuxu və oyanma (yatıb ayılma) müəyyən cəhətlərinə görə ölüb həyata qayıtmaqdan daha heyrətamiz və qəribə idi. Çünki yüz illərlə yatmalarına baxmayaraq, bədənləri çürüməmişdi. Onlar nə yemək yemiş, nə də su içmişdilər. Bu uzun müddətdə necə sağ qaldılar?! (1)
Şərh qeydə alınmayıb