Qısa cavab:
Allah Quranda insanların bu dünya həyatlarında həmişə rast gəldikləri və daim öz gözləri ilə gördükləri, amma əhəmiyyət vermədikləri axirət səhnələrini onlara izah etmək istəyir. Bu yolla onlara başa salmaq istəyir ki, ölümdən sonrakı həyat məsələsi qeyri-mümkün bir məsələ deyil, əksinə onlar daim ona bənzər hadisələri gündəlik həyatlarında da öz gözləri ilə müşahidə edirlər.
Ətraflı cavab:
Bu sualın cavabı “Həcc” surəsinin 5-ci ayəsində verilmişdir. Həqiqətdə, Quran insanların bu dünya həyatlarında həmişə rast gəldikləri və daim öz gözləri ilə gördükləri, amma əhəmiyyət vermədikləri axirət səhnələrini onlara izah etmək istəyir. Bu yolla onlara başa salmaq istəyir ki, ölümdən sonrakı həyat məsələsi qeyri-mümkün bir məsələ deyil, əksinə onlar daim ona bənzər hadisələri gündəlik həyatlarında da öz gözləri ilə müşahidə edirlər.
İlk öncə bütün insanlara müraciət edərək buyurur:
یا اَیُّهَا النّاسُ اِنْ کُنْتُمْ فِی رَیْب مِنَ الْبَعْثِ فَاِنّا خَلَقْناکُمْ مِنْ تُراب ثُمَّ مِنْ نُطْفَه ثُمَّ مِنْ عَلَقَه ثُمَّ مِنْ مُضْغَه مُخَلَّقَه وَ غَیْرِ مُخَلَّقَه
“Ey insanlar! Əgər ölümdən sonra dirilməyə şübhə edirsinizsə, bu məsələyə diqqət edin ki, Biz sizi torpaqdan, sonra nütfədən, sonra ələqədən (laxta qandan) daha sonra bəzisinin yaradılış şəklində, bəzisininki isə şəkilsiz olan muzğədən (çeynənmiş ətə bənzər ət parçasından) yaratdıq.”(1)
لِنُبَیِّنَ لَکُمْ
“Bütün bunlar, sizə hər şeyə qadir olduğumuzu aydınlaşdırmaqdan ötrüdür.”
وَ نُقِرُّ فِی الاَرْحامِ ما نَشاءُ اِلى اَجَل مُسَمّىً
“Biz ana bətnindəki uşaqlardan istədiyimizi müəyyən müddətədək uşaqlıqda saxlayırıq” ki, təkamül dövrlərini qət etsinlər. İstədiyimizi salırıq və yarı yolda sıradan çıxarırıq. Ondan sonra yeni bir dövran başlayır.”
ثُمَّ نُخْرِجُکُمْ طِفْلاً
“Sonra sizi körpə olaraq ana bətnindən çıxarırıq.”
Beləliklə, sizin ana bətnindəki məhdud və asılı həyat dövranınız sona çatır və daha geniş, nur, mənəviyyatla dolu və kifayət qədər geniş imkanları olan o biri mühitə qədəm qoyursunuz, lakin sizin təkamül mərhələniz hərəkətdən dayanmır, habelə bu istiqamətdə sürətlə öz yoluna davam edir:
ثُمَّ لِتَبْلُغُوا اَشُدَّکُمْ
“Sonra məqsəd budur ki, yetkinliyə, cismi və ruhi kamala çatasınız.”
Burada cəhalət biliyə, zəiflik və bacarıqsızlıq qabiliyyət və gücə, asılılıq isə müstəqilliyə çevrilir.
1. “Muzğə” sözü “çeynəmək” mənasında olan “müzğ” sözündən götürülmüşdür. Bu söz insanın bir loğmada çeynəyə biləcəyi az miqdarda olan ətə deyilir. Bu, ana bətnində “ələqə” mərhələsindən sonrakı dövranı yaşayan uşaq üçün maraqlı bənzətmədir.
Lakin bu çarx yenə də hərəkətdən dayanmır. Baxmayaraq ki,
وَ مِنْکُمْ مَنْ یُتَوَفّى وَ مِنْکُمْ مَنْ یُرَدُّ اِلى اَرْذَلِ الْعُمُرِ
“Sizdən bəzisi vəfat edir və bəziniz (təkamüldən sonra tənəzzül etməyə başlayır və) ömrün ən aşağı mərhələsinə yəni, qocalığın son çağlarına kimi aparılır.”
Bəli, insan elə bir mərhələyə çatır ki, ağıl və düşüncə səhifəsini unutqanlıq pərdələri örtür, həqiqətdə onda uşaqlığa bənzər bir hal yaranır.
لِکَیْلا یَعْلَمَ مِنْ بَعْدِ عِلْم شَیْئاً
“Öz bildiklərindən heç nə xatırlamır.”
Bu zəiflik, gücsüzlük və solğunluq yeni bir keçid mərhələsinin çatmasından xəbər verir. Bu, eynilə ayrılıq mərhələsindən xəbər verən meyvə ilə ağacın arasındakı bağlılığın süstləşməsi kimidir. (1)
Şərh qeydə alınmayıb