Qısa cavab:
Nütfə rüşeym dövründə çox mürəkkəb bir yolu ötüb-keçərək axırda uşaq formasında dünyaya gəlir. Bunların hamısı Allahın davamlı xaliqiyyətinin sayəsində baş verir. Bu xilqətdə insanın sadə təsviri yalnız bir anlıq zaman fasiləsində sona çatır ki, o da nütfənin bətnə töküldüyü andır!
Görəsən, bunun özü məad məsələsinə − uca və qadir Allahın ölüləri diriltməyə qadir olmasına əyani bir sübut deyildirmi?
Ətraflı cavab:
Qurani-kərim “Vaqiə” surəsinin 59-cu ayəsində buyurur:
اَاَنْتُمْ تَخْلُقُونَهُ اَمْ نَحْنُ الْخالِقُونَ
“Onu kamil insan olana kimi, müxtəlif mərhələlərdə siz yaradırsınız, yoxsa yaradan Bizik?”
Bu dəyərsiz nütfəni kim hər gün bir yeni formaya salır, bir xilqətdən sonra başqa xilqət bağışlayır? Doğrusu, bütün əql sahibləri və mütəfəkkirləri heyrətə salan bu qəribə dəyişiklik sizin tərəfinizdəndir, yoxsa Allah tərəfindən?
Bu təkrar xilqətlərə qadir olan bir şəxs Qiyamət günü ölüləri diriltməkdə aciz olacaqdırmı?!
Həqiqətdə, bu ayə “Həcc” surəsinin 5-ci ayəsinə bənzəyir. Ayədə deyilir:
یا اَیُّهَا النّاسُ انْ کُنْتُمْ فى رَیْب مِنَ الْبَعْثِ فَاِنّا خَلَقْنَاکُمْ مِنْ تُراب ثُمَّ مِنْ نُطْفَه ثُمَّ مَنُ عَلَقَه ثُمَّ مِنْ مُضْغَه مُخَلَّقَه وَ غَیْرِ مُخَلَّقَه لِنُبَیِّنَ لَکُمْ وَ نُقِرَّ فِى الاَْرْحامِ ما نَشاءُ اِلى اَجَل مُسَمّى ثُمَّ نُخْرِجُکُمْ طِفْلا
“Ey insanlar! Əgər ölümdən sonra dirilməyə şübhə edirsinizsə, (bu məsələyə diqqət edin ki,) Biz sizi torpaqdan, sonra nütfədən, sonra ələqədən (laxta qandan) daha sonra bəzisinin yaradılış şəklində, bəzisininki isə şəkilsiz olan muzğədən (çeynənmiş ətə bənzər ət parçasından) yaratdıq. Məqsəd budur ki, hər şeyə qadir olduğumuzu sizə başa salaq. Biz istədiyimiz (uşaqları ana bətnində) müəyyən müddətədək saxlayırıq. (Və istədiklərimizi salarıq.) Sonra sizi körpə olaraq ana bətnindən çıxarırıq.”
Bundan əlavə, əgər müasir alimlərin (zahirdə əhəmiyyətsiz) su damcısı barəsində kəşf etdiklərini nəzərə alsaq, məsələnin əhəmiyyəti daha aydınlaşar. Çünki onların sözünə əsasən insan nütfəsini təşkil edən əsas ünsür sperma ilə (kişilərdə) yumurta hüceyrəsinin (qadınlarda) mayalanmasından ibarətdir. Bu zaman çox mikroskopik qurdlara oxşayan varlıqlardır ki, (kişidə) hər dəfə çıxanda 2-500 milyon sperma xaric olur. (yəni bir necə ölkənin əhalisinin sayı qədər!) Qəribədir ki, bu mikroskopik varlıqlar yumurta hüceyrə ilə qarışıb mayalandıqdan sonra çox sürətlə inkişaf edir və külli miqdarda bölünüb artırlar və insan bədənin hüceyrələrini təşkil edirlər. Əmələ gələn bu hüceyrələr zahirdə bir-birinə oxşasalar da, tez bir zamanda bir-birindən ayrılır; bir dəstəsi insanın qəlbini, başqa bir dəstəsi insanın əlini və ayağını başqa bir dəstəsi isə gözünü və qulağını və s. təşkil edirlər. Bunların hər biri dəqiq şəkildə öz yerində qərarlaşır. Nə ürək hüceyrələri böyrək hüceyrələrinin yerini tutur, nə də böyrək hüceyrələri ürək hüceyrələrinin yerini tutur; nə böyrək hüceyrələri qəlbin, nə də qulaq hüceyrələri gözün hüceyrələrinin yerinə keçir. Bir sözlə, nütfə rüşeym dövründə çox mürəkkəb bir yolu ötüb-keçərək axırda uşaq formasında dünyaya gəlir. Bunların hamısı Allahın davamlı xaliqiyyətinin sayəsində baş verir. Bu xilqətdə insanın sadə təsviri yalnız bir anlıq zaman fasiləsində sona çatır ki, o da nütfənin bətnə töküldüyü andır!
Görəsən, bunun özü məad məsələsinə − uca və qadir Allahın ölüləri diriltməyə qadir olmasına əyani bir sübut deyildirmi? (1)
Şərh qeydə alınmayıb