Qısa cavab:
Doğrudur ki, zalımlar, azğınlar, yoldan azdıranlar və əxlaqsızlardan bir qrupu bu dünyada gördüklərinin cəzasına, ən azından onun bir hissəsinin cəzasına çatırlar. Amma şübhəsiz, bütün günahkarlar bu dünyada öz günahlarının hamısının cəzasını çəkmir, bütün yaxşı və xeyirxah insanlar da öz əməllərinin hamısının mükafatını bu dünyada almırlar. Buna görə də, qəbul etmək lazımdır ki, ilahi ədaləti həyata keçirmək üçün ədalət məhkəməsi ümumi olmalı, iynənin ucu qədər yaxşı və pis əməllər orada hesablanmalıdır. Əks təqdirdə, əsl ədalət təmin olmayacaqdır.
Ətraflı cavab:
Varlıq aləminin quruluşuna və təbiət qanunlarına diqqət etdikdə, görürük ki, onların hamısı hesab-kitab üzündəndir. İnsan orqanizminə o qədər ədalətli sistem hakimdir ki, azacıq dəyişiklik və qeyri-ahəngdarlıq baş versə, insanın xəstəliyinə və yaxud ölümünə səbəb olur. Ürəyimizin döyüntüləri, qanımızın hərəkəti, gözümüzün pərdəsi və bədənimizin tək-tək hüceyrələri bütün aləmə hakim olan sözügedən dəqiq sistemə aiddir:
وَ بِالْعَدْلِ قامَتِ السَّماواتُ وَ الاَرْضُ
“Göylər və yer ədalət üzərində dayanır.”
İnsan bu ucsuz-bucaqsız aləmdə yersiz bir yamaq ola bilərmi?
Doğrudur ki, Allah insana iradə azadlığı və ixtiyar vermişdir ki, onu sınağa çəksin və insan bu sınağın fonunda təkamül yolunu qət etsin. Lakin insan azadlığından sui-istifadə etsə, nə ilə nəticələnək?
Zalımlar, azğınlar, yoldan azdıranlar bu ilahi nemətdən sui-istifadə edərək, öz yollarına davam etsələr, Allahın ədaləti nəyi tələb edəcəkdir?
Doğrudur ki, əxlaqsızlardan bir qrupu bu dünyada gördüklərinin cəzasına, ən azından onun bir hissəsinin cəzasına çatırlar. Amma şübhəsiz, bütün günahkarlar bu dünyada öz günahlarının hamısının cəzasını çəkmir, bütün yaxşı və xeyirxah insanlar da öz əməllərinin hamısının mükafatını bu dünyada almırlar. Bu iki dəstə insanlar Allahın ədalət tərəzisində yeksan ola bilərmi? Qurani-kərim buyurur:
اَفَنَجْعَلُ الْمُسْلِمِینَ کَالُْمجْرِمِینَ. ما لَکُمْ کَیْفَ تَحْکُمُونَ
“Belə isə, məgər Biz (Allahın qanunları qarşısında haqqa və ədalətə) təslim olanları günahkarlarla bərabər tutarıqmı?! Sizə nə olub? Necə hökm edirsiniz?!”(1)
اَمْ نَجْعَلُ الْمُتَّقِینَ کَالْفُجّارِ
“Biz təqvalıları yer üzündə fəsad törədənlərlə bir tutarıqmı?!” (2)
Hər bir halda, insanların Allahın fərmanına itaətlə bağlı fərqində şəkk-şübhə yoxdur. Eləcə də, “bu dünyanın əzabları”, “vicdan məhkəməsi” və “günahların reaksiyası” məhkəməsi təklikdə kafi nəzərə çarpmır.
Buna görə də, qəbul etmək lazımdır ki, ilahi ədaləti həyata keçirmək üçün ədalət məhkəməsi ümumi olmalı, iynənin ucu qədər yaxşı və pis əməllər orada hesablanmalıdır. Əks təqdirdə, əsl ədalət təmin olmayacaqdır.
Bu səbəbdən, Allahın ədalətini qəbul etmək ölümdən sonrakı həyatı qəbul etməklə eynidir. Qurani-kərim buyurur:
وَ نَضَعُ الْمَوازِینَ الْقِسْطَ لِیَوْمِ الْقِیامَهِ
“Biz Qiyamət günü ədalət tərəzilərini quracağıq.” (3)
Həmçinin, buyurur:
وَ قُضِیَ بَیْنَهُمْ بِالْقِسْطِ وَ هُمْ لایُظْلَمُونَ
Şərh qeydə alınmayıb