Qısa cavab:
Rəvayətə görə ikinci xəlifə şərab içmiş şəxsə vurulacaq şallaqların sayını azaltdı.
Ətraflı cavab:
Əbu Rafedən nəql olunur ki, şərab içmiş bir nəfəri Ömərin hüzuruna gətirdilər. Ömər dedi: – Səni elə bir şəxsin yanına göndərəcəyəm ki, sənin barəndə əsla güzəştə getməyəcəkdir.
Sonra onu Müti ibn Əsvəd Ədvinin yanına göndərdi və dedi:
– Sabah sübh onu cəzalandır.
Səhəri gün Müti hökmü icra edərkən Ömər gəlib ona ağır zərbələr endirdiyini gördü. Ömər ona dedi:
– Öldürdün onu! Ona neçə şallaq vurmusan?
Dedi:
– 60 dənə.
Ömər dedi:
– Qalan iyirmisini azalt (vurma).
Əbu Übeydə deyir: Bu sözün mənası budur ki, vurulmuş şallaqların ağırlığı qalan iyirmi şallağın əvəzində hesab olunsun. (1)
Hədislərin birində belə buyurulur:
یُوْتَى بِالرَّجُلِ الَّذِی ضَرَبَ فَوْقَ الْحَدِّ فَیَقُولُ اللهُ: لِمَ ضَرَبْتَ فَوْقَ مَا اَمَرْتُکَ؟ فَیَقُولُ: یَا رَبِّ غَضِبْتُ لَکَ; فَیَقُولُ: اَکَانَ لِغَضَبِکَ اَنْ یَکُونَ اَشَدَّ مِنْ غَضَبِی؟ وَیُوْتَى بِالَّذِی قَصَّرَ فَیَقُولُ: عَبْدِی لِمَ قَصَّرْتَ؟ فَیَقُولُ: رَحِمْتُهُ; فَیَقُولُ: اَکَانَ لِرَحْمَتِکَ اَنْ تَکُونَ اَشَدَّ مِنْ رَحْمَتِی؟
Şərh qeydə alınmayıb