Qısa cavab:
Səhih sənədlərlə Ömərdən nəql olunan rəvayətə əsasən Ömər etiraf edir ki, dediyi üç elmdə yalnız özünün qeyd etdiyi üç nəfər xəlifənin müraciət etdiyi şəxslərdir və xəlifənin özü də əmlakın qorunub-saxlanması və bölüşdürülməsindən əlavə vəzifə daşımır.
Ətraflı cavab:
Əli ibn Ribah Ləxmidən nəql olunur ki, Ömər Cabiyədə xalq qarşısında söylədiyi xütbədə dedi:
مَنْ اَرَادَ اَنْ یَسْاَلَ عَنِ الْقُرْآنِ فَلْیَاْتِ اُبَیَّ بْنَ کَعْبٍ، وَمَنْ اَرَادَ اَنْ یَسْاَلَ عَنِ الْحَلَالِ وَالْحَرَامِ فَلْیَاْتِ مَعَاذَ بْنَ جَبَلٍ، وَمَنْ اَرَادَ اَنْ یَسْاَلَ عَنِ الْفَرَائِضِ فَلْیَاْتِ زَیْدَ بْنَ ثَابِتٍ، وَمَنْ اَرَادَ اَنْ یَسْاَلَ عَنِ الْمَالِ فَلْیَاْتِنیِ فَاِنِّی لَهُ خَازِنٌ. وَفِی لَفْظٍ: فَاِنَّ اللهَ تَعَالَى جَعَلَنِی خَازِناً وَقَاسِماً
“Hər kəsin Quran dair sualı vardısa, Übey inbi Kəbə; hər kəsin halal-haram barəsində sualı varsa, Məaz ibn Cəbələ, hər kəsin vaciblərlə bağlı sualı varsa, Zeyd ibn Sabitə; hər kəsin əmlak barəsində sualı varsa, mənə müraciət etsin. Çünki mən əmlak xəzinədarıyam.” Başqa ibarədə onun dilindən belə nəql olunur: “Çünki Allah-tala məni əmlakın keşikçisi və böləni qərar vermişdir.” (1)
Sabit və səhih sənədlərlə Ömərdən nəql olunan bu xütbənin ravilərinin hamısı siqədir. Bu rəvayətə əsasən Ömər etiraf edir ki, dediyi üç elmdə yalnız özünün qeyd etdiyi üç nəfər xəlifənin müraciət etdiyi şəxslərdir və xəlifənin özü də əmlakın qorunub-saxlanması və bölüşdürülməsindən əlavə vəzifə daşımır. (2)
Şərh qeydə alınmayıb