Qısa cavab:
Rəvayətlərə görə “Maidə” surəsindəki ayə nazil olaraq aşkar şəkildə onu qadağan etdi və şərab içənə ilahi əzab vədi verdi. Ayələrinin bir hissəsi "vida" həccində nazil olan “Maidə” surəsi Peyğəmbərə (s) nazil olan son surədir. O, “Maidə” surəsinin Həccətul-vidada nazil olan ayələrindən müddətlər öncə şəraba adət etdiyindən nəbiz içməyə davam edir
Ətraflı cavab:
İbn Hişamın “Sirə” kitabında (1) nəql etdiyinə əsasən, o deyirdi:
کنتُ للاسلام مباعداً ، وکنتُ صاحب خمر فی الجاهلیّه اُحبّها واشربها(2) ، وکان لنا مجلس یجتمع فیه رجال من قریش بالحَزْوَره(3) عند دور عمر بن عبد ابن عمران المخزومی ، فخرجت لیله اُرید جلسائی اُولئک فی مجلسهم ذلک ، فجئتُهم فلم اجد فیه منهم احداً فقلت : لو انّی جئتُ فلاناً الخمّار ، وکان بمکّه یبیع الخمر لعلّی اجد عنده خمراً فاشرب منها . . .
“Mən islamdan uzaq idim. Cahiliyyət dövründə şərabın rəfiqi idim, daim şərab içər (2) və onu çox sevərdim. Biz Həzvərədə – Ömər ibn Əbd ibn İmran Məxzuminin evinin yanında yığışardıq. Orada Qüreyşdən bir dəstə adam (3) da iştirak edirdi. Bir gecə o məclisdə iştirak etmək və yoldaşlarımı görmək üçün evdən çıxdım. Lakin ora çatanda onların heç birini görmədim. Öz-özümə dedim ki, Məkkədə şərab satan filankəsin yanına getsəm, bəlkə mənə bir qədər şərab tapar və onu başıma çəkərəm... .”
Beyhəqi “Əs-sünənül-kubra” kitabında (4) Abdullah ibn Ömərin dilindən atasının xilafət dövründə dediyi sözləri belə nəql edir: “Mən cahiliyyət dövründə şərab içməkdə hamıdan irəlidə idim. Şərab içmək zina kimi deyildir.” (5)
O, şərabla əlaqədar ayələri (öz xeyrinə) izah edən (6) və şərab içməkdən əl çəkməyən insanlardan biri idi. Nəhayət, “Maidə” surəsindəki ayə nazil olaraq aşkar şəkildə onu qadağan etdi və şərab içənə ilahi əzab vədi verdi. Ayələrinin bir hissəsi "vida" həccində nazil olan (7) “Maidə” surəsi Peyğəmbərə (səlləllahu əleyhi və alih) nazil olan son surədir. (8) Ömər “Maidə” surəsinin Həccətul-vidada nazil olan ayələrindən müddətlər öncə şəraba adət etdiyindən bu ayənin nazil olaraq ilahi əzab vədi verməsindən, eləcə də öz dediyi “çəkindik, çəkindik!” sözündən sonra (9) yenə də qatı nəbiz (şərab növlərindən biri) içməyə davam edir və deyirdi:
انّا نشرب هذا الشراب الشدید لنقطع به لحوم الابل فی بطوننا ان توذینا فمن رابه من شرابه شیء فلیمزجه بالماء
“Biz bu şərabı – bu mayalı və tünd (qatı) şərabı buna görə içirik ki, mədəmizdəki dəvə ətlərini həzm etsin, əziyyətimizə səbəb olmasın. Şərab hər kəsin ağlını qarışdırıb pərişan etsə, ona bir qədər su qatıb içsin.” (10)
Həmçinin deyirdi:
انّی رجل معجار البطن او مسعار البطن ، واشرب هذا النبیذ الشدید فیسهل بطنی
“Mən qarnı çıxmış, yaxud qarnı atəşlə dolu olan bir kişiyəm. O qəliz (qatı) şərabı içirəm ki, qarnım yumşalsın.” (11) (12)
Həmçinin deyirdi:
لا یقطع لحوم هذه الابل فی بطوننا الاّ النبیذ الشدید
“Bu dəvələrin ətini qarnımızda yalnız bu qəliz, qatı və mayalı nəbiz həzm edə bilər.” (13)
O, ömrünün son vaxtlarına qədər qatı nəbiz içirdi. Əmr ibn Meymun deyir:
شهدتُ عمر حین طُعن، اُتی بنبیذ شدید فشربه
“Ömərə nizə dəyən zaman mən onun yanında idim. Yatağa düşdüyü həmin anlarda onun üçün nəbiz gətirdilər və onu içdi.” (14)
Onun içdiyi şərab o qədər qatı və güclü idi ki, özündən başqa bir şəxs onu içsəydi mütləq məst olar və Ömər də ona şərab içmək cəzasını tətbiq edərdi. Lakin xəlifə şərab içməyə çox adət etdiyindən, yaxud da ona bir qədər su əlavə edib qatılığını azaltdığından şərab ona təsir göstərmirdi.
Şəbi nəql edir: Ərəblərdən biri Ömərin şərab qablarından (su olduğunu güman etməklə) içib məst oldu. Ömər ona şallaq vurdu, sonra dedi: “Bu şallaq sənə şərab içdiyinə görə deyil, məst olduğuna görə vurulur.” (15)
Cəssasın “Əhkamul-Quran” kitabında (16) dediyi ibarə belədir:
Bir ərəb Ömərin şərabından içdi və Ömər ona şallaq vurdu. Ərəb dedi: “Axı mən sənin şərabından içmişəm!” Ömər bir qədər su götürüb şəraba qatdı, sonra içdi və dedi: “Şərab hər kəsi məst etsə, onu durulaşdırıb sonra içsin.”
Əbu Rafedən nəql olunur ki, Ömər ibn Xəttab demişdir: “Hər vaxt şərabın qatı olmasından nigaran olsanız, onu su ilə qatıb durulaşdırın!”
Nisai onu “Sünən” kitabından (17) nəql edərək deyir: “Müskir (məstedici, spirtli içkilər) içməyi halal hesab edənlər bu rəvayətə istinad etmişlər.”
Qeyd olunmalıdır ki, bütün içki növlərinin haramlığı və cəzası mütləqdir (spirtli və məstedici olmağın özü onun haram və ilahi cəzaya səbəb olması üçün kifayətdir), hətta hər bir maye ilə qarışdırılması, yaxud onun az içilməsi kimi maneələr olsa da belə. Buna görə də əsas meyar onu içən şəxsin məst olması deyil, o mayenin spirtli içki olmasıdır. Deməli, şərabı içən deyil, onun özü meyardır. Nəticədə, çoxu insanı kefləndirən bir şeyin azı da haramdır.
Çoxsaylı səhih rəvayətlər bu qayda və meyara dəlalət edir. O cümlədən Peyğəmbər (səlləllahu əleyhi və alih)-in buyurduğu aşağıdakı hədis:
اَنْهَاکُمْ عَنْ قَلَیلِ مَا اَسْکَرَ کَثِیرُهُ
“Çox içildikdə məst edən içkilərin az içilməsini də sizə qadağan edirəm.” (18)
Həmçinin Cabir, İbn Ömər və İbn Əmrin vasitəsi ilə rəvayət olunan bir hədisdə Peyğəmbər buyurur:
مَا اَسْکَرَ کَثِیرُهُ فَقَلِیلُهُ حَرَامٌ
Şərh qeydə alınmayıb