Qısa cavab:
İrsdə “ovl” Ömərin bidətlərindəndir. O da bundan ibarətdir ki, irsin miqdarı səhmlərinin miqdarından az olsa, çatışmayan miqdarı bütün varislərin arasında bölüşdürülər. Bu da Əhli-beyt (əleyhimus-salam)-in nəzəriyyəsinin tam əksinədir.
Ətraflı cavab:
Übeydullah ibn Abdullah ibn Ütbə ibn Məsuddan belə nəql olunur: İbn Abbasın gözləri tutulduqdan sonra mən Zəfr ibn Ovs ibn Hədsanla onun görüşünə getdim. Biz miras barəsində söhbət etdik. İbn Abbas dedi:
ترون الّذی احصى رمل عالج عدداً لم یحص فی مال نصفاً ونصفاً وثلثاً اذا ذهب نصف ونصف فاین موضع الثلث؟
– Sizin nəzərinizə görə səhraların qumlarının sayını bilən bir kəs irs barəsində (irsdə) yarı və yarını, üçdə biri hesab etməmişdir?! Əgər (irsin) yarısı və (o biri) yarısı gedərsə, onda üçdə birin yeri hara olacaqdır?!”
Zəfr ondan soruşdu: – Ey İbn Abbas! Fərizələrdə (irsin vacib hüdudlarında) ilk dəfə ovla kim inanmışdır? (1) Çatışmayan hissələri varislərin hamısına kim daxil etdi?
İbn Abbas dedi: – Ömər ibn Xəttab!
O, soruşdu: – Nə üçün?
İbn Abbas dedi: – İrsin bölüşdürülməsində çətinlik yarandı və payların bölüşdürülməsi düz gəlmədi. Varislər arasında mübahisə düşdü və ondan qəzavət etməsini istədilər. Ömər varislərə dedi: “Allaha and olsun ki, nə edəcəyimi bilmirəm! Allaha and olsun! Bilmirəm ki, sizdən hansı birinizi qabağa keçirim, hansı birinizi sonraya salım...” Buna görə də dedi: “Yaxşı olar ki, (çatışmayan hissəni) varislərin hamısının arasında bərabər şəkildə bölüşdürək!”
(İbn Abbas dedi:) Allaha and olsun! Əgər Allahın irəli saldığı adamı irəli salsaydılar və Allahın sonraya saldığı kəsi təxirə salsaydılar, irs fərizəsində heç vaxt ovl yaranmazdı.
Zəfr ona dedi: – Allah kimi irəli salmış və kimi sonraya salmışdır?!
İbn Abbas dedi: – Fərizə aradan getmir, əksinə başqa bir fərizəyə çevrilir. Bu fərizəni Allah-taala (fərizəni) irəli keçirmişdir ki, o da (Qurandakı pay fərizəsi) ərin fərizəsidir və irsin yarısıdır. Övlad olduğu halda bu pay dörddə birə çevrilir və bundan az olmur. Həmçinin qadının səhmi də dörddə birdir və vəfat etmiş şəxsin övladı olduğu halda səkkizdə birə çevrilir və bundan az olmur. İki və daha artıq bacının səhmi isə, üçdə ikidir, hər bacının səhmi isə ikidə birdir. Onlardan əlavə qızların varlığı ilə yerdə qalanlar onlara (qızlara) çatır. Bu qrup (qızlar) o kəslərdir ki, Allah-taala onları sonraya salmışdır. Deməli, əgər əvvəlcə Allah tərəfindən payları irəli çəkilən şəxslərin (ər, arvad və bacı) payı verilsə, sonra malın qalan miqdarı Allah tərəfindən səhmləri təxirə salınanlar (yuxarıdakı misalda qızlar) arasında bölüşdürülsə, heç vaxt ovla növbə çatmır.
Zəfr İbn Abbasdan soruşdu: – Onda nə üçün bunu Ömərə demədin?
İbn Abbas dedi: – Allaha and olsun ki, qorxdum! (2)
Süyutinin “Əvail” və “Tarix” kitabında, eləcə də “Mühazərətus-Səqtəvari” kitabında belə qeyd olunur: (3) “Ömər ilk şəxsdir ki, irsin fərizəsində ovla etiqad bəsləmiş (kəsirin surəti məxrəcindən artıq olan halda) çatışmayan hissəni varislərin hamısı arasında bərabər şəkildə bölmüşdür.”
Burada belə bir sual yaranır: İkinci xəlifə məsələnin hökmünü bilmədiyini iqrar edirsə, öz şəxsi rəy və nəzəri əsasında necə fətva verir? Halbuki, bir xütbədə onun özü demişdi:
الا انّ اصحاب الر ای اعداء السنن اعیتهم الاحادیث ان یحفظوها فافتوا برایهم فضلّوا واضلّوا ، الا وانّا نقتدی ولا نبتدی ، ونتّبع ولا نبتدع ، ما نضلّ ما تمسّکنا بالاثر
“Bilin ki, rəy ardıcılları sünnətin düşmənləridir; onlar hədisi hafizələrində saxlamağa qadir olmadıqlarına görə öz şəxsi rəyləri əsasında fətva verir və nəticədə yollarını azır, başqalarını da azğınlığa salırdılar. Agah olun! Biz təqlid edirik, lakin fətva vermirik. Tabe oluruq, lakin bidət qoymuruq. Sünnətə və rəvayətlərə sarıldığımız vaxta qədər yolumuzu azmayacağıq.” (14)
Görəsən, bu təqlid və tabe olmaqdır, yoxsa öz şəxsi rəyi əsasında fətva verib bidət qoymaq?!
Xəlifə kimi bir insana necə caizdir ki, Allahın fərizə buyurduğu irs qanunundan xəbərsiz olsun, özü isə belə desin:
لیس جهل ابغض الى الله ولا اعمّ ضرّاً من جهل امام وخرفه
Şərh qeydə alınmayıb