Qısa cavab:
Məhəmməd peyğəmbərdən (s) belə nəql olunur: “Səfər yükünü yalnız üç məscidə doğru bağlayın: Məscidul-Həram, mənim məscidim və Məscidul-Əqsa.” Digər hədislər də Məscid əl-Əqsanın fəzilətlərinə toxunur. Lakin ikinci xəlifə rəvayətə görə səhabələrdən bəzisini bu işdən çəkindirirdi.
Ətraflı cavab:
Səid ibn Müsəyyib deyir ki, bir nəfər Beytul-Müqəddəsə getmək üçün Ömər ibn Xəttabdan icazə aldı. Ömər ona dedi: “Get hazırlaş, hazır olanda mənə xəbər ver.”
O gələndə Ömər ona dedi: “Ora səfər etmək əvəzinə Məkkəyə get və ümrə həccini yerinə yetir!”
Həmçinin deyir: Ömər zəkat dəvələrinin hesab-kitabı ilə məşğul olan zaman iki nəfər onun yanına gəldi. Ömər onlardan soruşdu: “Haradan gəlirsiniz?!” Dedilər: “Beytul-Müqəddəsdən!” Ömər şallağını (yaxud) çomağını qaldırdı və dedi: “Məgər Allah Evinin həcci kimi başqa bir həcc də vardır?!” Onlar qorxudan dedilər: “Biz sadəcə oradan keçirdik.” (1)
Qeyd olunmalıdır ki, Beytul-müqəddəs müsəlmanların ziyarət etmək və namaz qılmaq məqsədi ilə səfər etdikləri üç məsciddən biridir. Bu barədə nəql olunan rəvayətlərdən bəzilərini qeyd edirik:
1. Əbu Hüreyrə Məhəmməd peyğəmbərdən (səlləllahu əleyhi və alih) belə nəql edir:
لاَتَشُدَّ الرّحَالَ اِلاَّ اِلَى ثَلاَثَهِ مَسَاجِدَ: اَلْمَسْجِدِ الْحَرَامِ، وَمَسْجِدِی هَذَا، وَالْمَسْجِدِ اْلاَقْصَى
“Səfər yükünü yalnız üç məscidə doğru bağlayın: Məscidul-Həram, mənim məscidim və Məscidul-Əqsa.”
2. Abdullah ibn Əmr ibn As mərfu sənədlərlə Peyğəmbərdən (səlləllahu əleyhi və alih) belə nəql edir: “Süleyman ibn Davud (əleyhis-salam) Beytul-müqəddəsin bünövrəsini qoyanda Allahdan üç xislət istədi: 1. Allahdan istədi ki, ona qəzavət elmini öyrətsin. Allah da bu elmi ona verdi. 2. Allahdan ona elə bir mülk və səltənət verməsini istədi ki, ondan sonra kiməsə layiq görülməsin, Allah da ona verdi. 3. Allahdan istədi ki, məscidin tikintisi başa çatandan sonra məscidə yaxınlaşanların və orada namaz qılanların hamısını anadan doğulduqları kimi günahdan paklamış olsun.” (3)
Bu, Beytul-müqəddəsin fəziləti və onda namaz qılmağın savabı barəsində qeyd olunan rəvayətlərdən bir qismidir. Mütəal Allah Özünün seçilmiş bəndəsi həzrət Məhəmmədi gecə ikən Məscidul-Həramdan Məscidul-Əqsaya apardı...” (4)
Səhabələr də namaz qılmaq üçün ora gedirdilər. Bu məsələ “Məcməuz-zəvaid” kitabında qeyd olunmuşdur. (5)
Hafiz ibn Əsakır bu barədə xüsusi bir kitab yazaraq onu “Əl-mustəqsa fi fəzailil-məscidil-əqsa” adlandırmışdır.
Bu hədisləri nəzərə almasaq belə, qadağan olunmayan hər bir məscidə getmək mübahdır (haram deyildir). Belə isə bu kimi hallarda şallaqla, yaxud çomaqla qorxutmağı necə izah etmək olar?! (6)
Şərh qeydə alınmayıb