Qısa cavab:
Rəvayətə görə ikinci xəlifə məcusilərin əhli-kitabdan olub-olmaması ilə bağlı heç nə bilmirdi və başqa bir səhabədən bunu öyrəndi. Halbuki peyğəmbərin (s) hədisinə görə daha bilikli bir şəxs müsəlmanlara başçı seçilməlidir.
Ətraflı cavab:
Yəhya ibn Səid öz sənədləri ilə Ömər ibn Xəttabdan belə nəql edir:
ما ادری ما اصنع بالمجوس ولیسوا اهل الکتاب؟
“Mən kitab əhli olmayan məcusilər ilə necə davranacağımı bilmirəm!”
Başqa bir rəvayətdə belə deyir: “Mən onların barəsində nə edəcəyimi bilmirəm!”
Əbdur-Rəhman ibn Ovf dedi: “Allahın Peyğəmbərinin belə buyurduğunu eşitdim: “Onlarla kitab əhli kimi rəftar edin.”
Bicalədən belə nəql olunur: “Ömər məcusilərdən Əbdur-Rəhman ibn Ovfun şəhadətinə qədər cizyə almırdı. Nəhayət, Əbdur-Rəhman ibn Ovf şəhadət verdi ki, Peyğəmbər Hicr məcuslarından cizyə almışdı.” (1)
Qeyd olunmalıdır ki, siyasi, dini, maliyyə və digər sahələrdə məcusların hökmündən agah olmaq bir islam hakimi üçün ən ibtidai şərtlərdən biridir.
Təəccüblüdür! Belə bir mühüm hökm neçə illər müddətində icra olunmadı və Əbdur-Rəhman ibn Ovfun şəhadətindən sonra təzəcə icra olunmağa başladı. Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) buyurur: (2)
مَنْ تَوَلَّى مِنْ اَمْرِ الْمُسْلِمِینَ شَیْئاً فَاسْتَعْمَلَ عَلَیْهِمْ رَجُلاً وَهُوَ یَعْلَمُ اَنَّ فِیهِمْ مَنْ هُوَ اَوْلَى بِذَلِکَ وَاَعْلَمَ مِنْهُ بِکِتَابِ اللهِ وَسُنَّهِ رَسُولِهِ فَقَدْ خَانَ اللهَ
وَرَسُولَهُ وَجَمِیعَ الْمُوْمِنِینَ
Şərh qeydə alınmayıb