Qısa cavab:
Nəqllərə görə Ömər bin Xəttab bəzi səhabələri hədis nəql etməyə qoymazdı. Rəvayətə görə bəzi səhabələrə çox hədis nəql etdiyinə görə xəlifə Ömərin zamanında Mədinədən çıxmaq qadağan olunmuşdu.
Ətraflı cavab:
Təbərinin (1) nəql etdiyinə görə Ömər daim deyərdi:
جرّدوا القرآن ولا تفسّروه ، واقلّوا الروایه عن رسول الله(صلى الله علیه وآله) وانا شریککم
“Nə qədər ki, sizin aranızdayam Quranı birbaşa oxuyun və təfsir etməyin, peyğəmbərdən az hədis nəql edin!” (2)
Təbərani, İbrahim ibn Əbdur-Rəhmandan belə nəql edir: “Ömər üç nəfəri: İbn Məsudu, Əbu Dərdanı və Əbu Məsud Ənsarini həbs edib zindana saldı və dedi: “Siz Peyğəmbərdən hədis nəql etməkdə həddinizi aşmısınız!” Onları şəhadətə çatdığı vaxta qədər Mədinədə həbs etdi.” (3)
Zəhəbi “Təzkirə” kitabında (4) Əbu Səlmədən belə nəql edir: Əbu Hüreyrədən soruşdum: “Ömərin dövründə də bu qədər rəvayət nəql edirdin?!” Əbu Hüreyrə dedi: “Əgər Ömərin dövründə indiki qədər hədis desəydim şübhəsiz, öz şallağı ilə canıma düşərdi!”
Əbu Hüreyrə deyirdi: “Ömər həyatda ikən “Peyğəmbər belə buyurmuşdur...” - deməyə cürət etmirdim.” (5)
Habelə ”Ürvə”dən belə nəql olunur: Ömər Peyğəmbərin rəvayətlərini və sünnəsini yazıb qeydə almaq qərarına gəldi. Səhabələrin də bu barədə rəylərini öyrənmək istədi. Onlar dedilər ki, yazılsın. Lakin Ömər bir ay müddətində daim istixarə edir və Allahdan istəyirdi ki, xeyir yolunu ona göstərsin. Nəhayət, bir gün öz qəti qərarını verib dedi:
انّی کنت اُرید ان اکتب السنن ، و انّی ذکرت قوماً کانوا قبلکم کتبوا کتاباً فاکبّوا علیها وترکوا کتاب الله ، وانّی والله لا اشوب کتاب الله بشیء ابداً
“Mən qərara almışdım ki, Peyğəmbərin rəvayət və hədislərini qələmə alıb yazım. Lakin keçmiş qövmlərin taleyinə nəzər salanda gördüm ki, sizdən əvvəl bir qrup insanlar kitab yazmış, başları ona qarışmış və Allahın kitabını unutmuşlar. Allaha and olsun! Mən Allahın kitabını heç vaxt başqa şeylə qarışdırmayacağam!” (6)
Sual yaranır: “Kövsər” hovuzunda Peyğəmbərə çatana qədər sünnənin Allahın kitabından ayrılmayacağını, eləcə də “camaatın sünnəyə olan ehtiyacı Qurana olan ehtiyacından az deyildir”, eləcə də Ovzainin və Məkhulun dediyinə əsasən “Kitabın sünnətə olan ehtiyacı sünnətin Kitaba olan ehtiyacından qat-qat çoxdur” - deyə bəyan edən rəvayətlər ikinci xəlifədən məxfi qalmışdımı?! (7) Ömərin Peyğəmbərdən nəql olunan hədislərin qarşısını almağını necə izah etmək olar?! Halbuki onun özü deyirdi: “Peyğəmbərdən nəql olunan rəvayət və sünnəyə sarıldığımız ikən heç vaxt yolumuzu azmarıq!” Bu iki əməli necə izah etmək olar?! Müsəlmanlar onu sözünə tabe olmalıdır, yoxsa əməlinə?! (9)
Şərh qeydə alınmayıb