Qısa cavab:
Bəzi hədislərə görə ikinci xəlifə Əbu İsa kunyəsini seçməyi, həmçinin uşaqlara peyğəmbərin adının qoyulmasını qadağan edir, əksinə peyğəmbərin məsləhət görmədiyi bir adı bəyənirdi.
Ətraflı cavab:
Ömərin ad və künyələr barəsindəki nəzəri ilə əlaqədar əhli-sünnət mənbələrində bir çox nümunələr nəql olunmuşdur ki, onların bəzisini qeyd edirik:
1. Zeyd ibn Əsləm atasından nəql edir ki, Ömər ibn Xəttab oğlumun künyəsinin Əbu İsa olduğuna görə məni tənbeh etdi. O, künyəsi Əbu İsa olan Muğeyrə ibn Şöbədən:
– Nə üçün öz künyəni Əbu Əbdullah qoymursan? – deyə soruşdu.
O,: Peyğəmbər mənim künyəmi Əbu İsa qoymuşdur, – deyə cavab verdi.
Ömər dedi:
انّ رسول الله (صلى الله علیه وآله (قد غفر له ما تقدّم من ذنبه وما تاخّر وانّا فی جلستنا
Peyğəmbər elə bir şəxsdir ki, onun keçmiş və gələcək günahları bağışlanmışdır... (1) (2) Amma biz öz yerimizdə qalmışıq!”`
Bu hadisədən sonra dünyadan gedənə qədər həmişə ona “Əbu Əbdillah” deyə xitab edirdi. (3)
2. Übeydulah ibn Ömərin məşuqəsi Ömərin yanına gəlib şikayət etdi və dedi: “Ey möminlərin əmiri! Məni Əbu İsanın əlindən xilas edərsənmi?!”
Ömər soruşdu: “Əbu İsa kimdir?” O, dedi: “Übeydullahın oğlu!” Ömər dedi: “Vay olsun sənə! Ona nə cürətlə Əbu İsa deyirsən?!”
Sonra onu çağırtdırdı və dedi: “Vay olsun sənə! Öz künyəni Əbu İsa qoymusan?”
Ömər onu bu işdən çəkindirdi və təhdid etdi. Sonra onun əlini dişlədi. Übeydullahın naləsi göyə ucaldı. Daha sonra onu döydü və dedi: “Vay olsun sənə! Məgər İsanın atası var idimi?! Sən ərəblərin seçdiyi künyələrdən agah deyilsən? O cümlədən Əbu Səlmə, Əbu Hənzələ, Əbu Ərfətə, Əbu Mərrə...?! (4)
3. Ömər Küfə əhalisinə yazdı: “Peyğəmbərlərin adlarını heç kəsə qoymayın!” Mədinədə bir qrup insana göstəriş verdi ki, adları Məhəmməd olan övladlarının adlarını dəyişsinlər. Peyğəmbər səhabələrindən bir qrupu: “Peyğəmbərin özü bizə icazə verib ki, övladlarımıza Məhəmməd adı qoyaq!” – deyə izah edəndən sonra Ömər onlardan əl çəkdi. (5)
Bu rəvayətlərdə bir neçə məsələ diqqət çəkir:
a) Xəlifə uşaqlara Peyğəmbərin adının qoymağı qadağan edir və adları Məhəmməd olan şəxslərə göstəriş verirdi ki, adlarını dəyişsinlər. Halbuki, Peyğəmbərin özü buyurmuşdur:
مَنْ وُلِدَ لَهُ ثَلَاثَهُ اَوْلاَدٍ فَلَمْ یُسَمِّ اَحَدَهُمْ مُحَمَّداً فَقَدْ جَهِلَ
“Hər kəsin üç oğlan övladı olsa və onlardan birinin adını Məhəmməd qoymasa, cahildir.”
Həmçinin buyurmuşdur:
اِذَا سَمَّیْتُمْ مُحَمَّداً فَلاَ تَضْرِبُوهُ وَلَاتُحَرِّمُوهُ
“Övladlarınızın adını Məhəmməd qoyanda onu vurmayın və heç nədən məhrum etməyin!” (7)
b) Ömər insanları peyğəmbərlərin adını qoymaqdan çəkindirirdi, halbuki, Allahın adlarından sonra ən gözəl adlar peyğəmbərlərə məxsusdur.
Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən nəql olunan bir hədisdə deyilir:
مَا مِنْ اَهْلِ بَیْتٍ فِیهِ اسْمُ نَبِیٍّ اِلاَّ بَعَثَ اللهُ تَبَارَکَ وَتَعَالَى اِلَیْهِمْ مَلَکاً یُقَدِّسُهُمْ بِالْغَدَاوهِ وَالْعَشِیِّ
“Ailə üzvlərindən birinin adı peyğəmbər adı olan elə bir ev (ailə) yoxdur ki, Allah-taala onlar üçün gecə-gündüz təqdis edən bir mələyi oraya göndərməsin.” (8)
Həmçinin buyurur:
سَمُّوا بِاَسْمَاءِ الْاَنْبِیَاءِ، وَاَحَبُّ الْاَسْمَاءِ اِلَى اللهِ عَبْدُ اللهِ وَعَبْدُ الرَّحْمَنِ، وَاَصْدَقُهَا حَارِثٌ وَهُمَامٌ ، وَاَقْبَحُهَا حَرْبٌ وَمَرَّهٌ
“Öz adınızı peyğəmbərlərin adından seçin! Allah yanında ən sevimli ad Abdullah, Əbdur-Rəhman, onların ən sadiqi Haris və Humam, ən çirkini isə Hərb və Mərrədir.” (9)
v) Ömər künyəsi Əbu İsa olan insanları məzəmmət edirdi, dəlili də bu idi ki, İsanın atası yox idi?! (Əbu İsa – İsanın atası deməkdir.)
Yoxsa xəlifə “məgər İsanın atası var idimi?!” deyə ona irad tutarkən güman edirdi ki, hər kəs özünü Əbu İsa adlandırsa, özünü İsa ibn Məryəmin atası hesab edir?!
ğ) Xəlifənin seçib bəyəndiyi ərəb künyələrindən biri də Əbu Mərrə idi. Halbuki Peyğəmbər belə künyələr qoyulmasını qadağan etmişdir. (10) Bundan əlavə, lüğət kitablarında qeyd olunduğu kimi, (11) Əbu Mərrə İblisin künyəsidir. (12)
Şərh qeydə alınmayıb