Qısa cavab:
Ətraflı cavab:
Bəzi təfsirçilər “یا اَیُّهَا الَّذینَ آمَنُوا تُوبُوا اِلَى اللّهِ تَوْبَهً نَصُوحاً” (1) – “Ey iman gətirənlər Allah tərəf xalis tövbə ilə tövbə edin (dönün)” – ayəsinin təfsirində “nəsuh” kəlməsini izah edərkən, belə yazır:
Nəsuh tövbə tövbəkarda dərin təsirindən dolayı insanları özü kimi tövbəyə dəvət edir. Yaxud tövbəkara günahları kökündən kəsməsini, bir daha ona dönməməsini nəsihət edir. Bəziləri də onu xalis tövbə adlandırdıqları halda, digər bir dəstə “nəsahət” maddəsindən olduğunu iddia edərək, “tikmək” mənasında izah ediblər. Yəni, günahın din və iman pərdələrini dəlməsindən sonra tövbə növbəti dəfə onları bərpa edir. Yaxud, günah tövbəkarı Allah dostları sırasından ayırdıqdan sonra bu tövbə onların sıralarına qaytarır (2), (3).
Şərh qeydə alınmayıb