Qısa cavab:
Yuxular bir neçə növ olur, yalnız bir hissəsi “gerçək yuxu” (doğru yuxu) adlanır, hansı ki bəzi gələcək həqiqətləri kəşf etmək üçün açardır. Bu iddianı Quran da təsdiq edir. Əlavə olaraq, təcrübə sayəsində bir çox nümunələri öz isbatını tapmışdır. Əlbəttə, yuxu özü-özlüyündə bilik qaynağı kimi təqdim edilə bilməz.
Ətraflı cavab:
Bəziləri soruşa bilər ki, yuxuların gələcək hadisələrlə elmi bağlılığı varmı?
Məşhur psixoloq Z. Freyd və onun həmfikirləri inanırlar ki, yuxuların təxirə salınmış, basdırılmış arzu və meyillərin doydurulmasından başqa izahı yoxdur. Belə ki, forma dəyişikliyi ilə “mən”i aldatmaqdan ötrü zehnin şüurlu bölgəsinə nüfuz edir. Başqa sözlə desək, insanın daxilində gizli qalan hər hansı doymamış meyil, yuxu halında xəyali toxluqdan ötrü şüur mərhələsinə qədəm qoyur; bəzən yozuma ehtiyac olmadan inikas tapır – bir şəxsin itirdiyi sevgilisini yuxuda görməsi kimi, bəzən də forma dəyişikliyi olur və müəyyən şəkildə inikas tapır. Bu halda yozuma ehtiyac duyulur.

Əlbəttə, bu bir fərziyyədir, onların öz sözlərinə dair tutarlı sübutları yoxdur. Bəzi yuxuların bu keyfiyyətdə olması mümkündür, lakin iddianın bütün yuxulara sirayət etdirilməsi birmənalı olaraq, dəlil və arqumentsizdir (1).
Yuxuların bir neçə cür olmasına şübhəmiz yoxdur. Yalnız bir hissəsi “gerçək yuxu” (doğru yuxu) adlanır, hansı ki bəzi gələcək həqiqətləri kəşf etmək üçün açardır. Biz bu etiqadı ilk növbədə ilahi vəhy olan Qurandan, ikinci növbədə isə bu xüsusda aparılan təcrübələrdən əldə etmişik.
Təcrübələr dedikdə, heç də məqsədimiz əsassız hekayələr deyil, əksinə əsrimizdə, yaxud bizdən öncə yaşamış dahi və tanınmış şəxslərin başına gələn və kitablarında qeyd etdiyi dəqiq hadisələrdir. “Nümunə” təfsirinin 9-cu cildində həmin şəffaf nümunələrdən bir neçəsini qeyd etmişik.
Yeri gəlmişkən yuxu özü-özlüyündə bilik qaynağı kimi təqdim edilə bilməz. Elə bu əsasla deyilir ki, “Yuxu höccət və dəlil ola bilməz!”. İstinad qaynağı olması üçün ona kənardan şəffaf və inkarolunmaz göstərici şahidlər əlavə edilməlidir (2).
Şərh qeydə alınmayıb