Qısa cavab:
Qurani-kərim yaxşılığa dəvət və pislikdən çəkindirmənin əhəmiyyətini bildirmək üçün keçmiş tayfaların həlak amili kimi bu vacib əməlin unudulmasını göstərir, Bəni-İsrailin bir hissəsini məhz bu vacibi tərk etdiklərinə görə həzrət İsa (ə) və həzrət Davudun (ə) lənətinə tuş gəldiklərini açıqlayır. Həmçinin, məsum imamların (ə) kəlamlarından da sözügedən vacibin cihaddan əhəmiyyətli olduğu anlaşılır. Yaxşılığa dəvət edib pislikdən çəkindirmək şəriətin möhkəmlənməsinə səbəb olur. Onu yerinə yetirənlərsə Allahın yer üzündəki nümayəndələri və Peyğəmbərin (s) canişinləri olaraq təqdim edilir.
Ətraflı cavab:
“فَلَوْلاَ کَانَ مِنْ الْقُرُونِ مِنْ قَبْلِکُمْ اُوْلُوا بَقِیَّه یَنْهَوْنَ عَنِ الْفَسَادِ”...
“Niyə sizdən öncəki əsrlərdə (və tayfalarda) yer üzündəki fəsadın qarşısını alacaq qüdrətə sahib alimlər yox idi...”. (1)
Həmçinin, həzrət Davud (ə) və həzrət İsa (ə) kimi peyğəmbərlərin lənətinə düçar olan Bəni-İsrailin bir qrup insanı barədə buyurur:
“کَانُوا لاَ یَتَنَاهَوْنَ عَنْ مُّنکَر فَعَلُوهُ لَبِیْسَ مَا کَانُوا یَفْعَلُونَ”
“Onlar yerinə yetirdikləri çirkin əməllərdən bir-birilərini çəkindirməmələri üçün necə də pis iş görürdülər”. (2)
Əslində, onların laqeydliyi və sazişə getmələri günahkar fərdlərin ürəklənməsinə səbəb olurdu və sonda da hamının birgə məhvi ilə nəticələndi.
Başqa bir ayədə Allah-taala bu əsas prinsipin geniş miqyasda icrasını “üstün ümmət” adlandırdığı İslam ümmətinin spesifikliyi sayaraq buyurur:
“کُنْتُمْ خَیْرَ اُمَّه اُخْرِجَتْ لِلنَّاسِ تَاْمُرُونَ بِالْمَعْرُوفِ وَتَنْهَوْنَ عَنِ الْمُنکَرِ وَ تُوْمِنُونَ بِاللهِ”...
“Sizlər insanların xeyrinə yaradılan üstün ümmət idiniz (ona görə ki,) yaxşılığa dəvət edib pislikdən çəkindirirsiniz və Allaha imanınız var...”. (3)
Ayədə diqqət çəkəcək məqam üstün ümmət olmağın səbəbi kimi yaxşılığa dəvət edib pislikdən çəkindirməyin və Allaha imanın göstərilməsidir. Daha da maraqlısı yaxşılığa dəvət və pislikdən çəkindirməni Allaha imandan önə salınmasıdır. Bu da, qeyd edilən iki vacib olmadan qəlblərdə Allaha imanın zəif olacağını, tez sönəcəyini göstərir. Başqa sözlə, Allaha iman həmin iki vaciblə möhkəmlənir (4). Necə ki, cəmiyyətin bütün işlərinin islahı yaxşılığa dəvət və pislikdən çəkindirməyə bağlıdır.
İmam Baqir (ə) buyurur:
“انَّ الاَمْرَ بِالْمَعْرُوفِ وَ النَّهْىِ عَنِ الْمُنْکَرِ فَرِیضَهٌ عَظِیمَهٌ بِها تُقامُ الْفَرایِضُ وَ تَاْمَنُ الْمَذاهِبُ وَ تَحِلُّ الْمَکاسِبُ وَ تَرُدُّ الْمَظالِمُ وَ تُعْمَرُ الاَرْضُ وَ یَنْتَصِفُ مِنَ الاَعْداءِ وَ یَسْتَقِیمُ الاَمْرُ”
“Yaxşılığa dəvət və pislikdən çəkindirmə Allahın iki böyük fərizəsidir və digər vaciblər onunla ayaqda durur. O ikisinin vasitəsilə yollarda əmin-amanlıq olur, xalqın qazancı halallaşır və fərdlərin hüququ təmin olunur. Bu iki vacib sayəsində yerüzü abad olur, düşmənlərdən qisas alınır və onun işığında bütün işlər sahmana düşür”. (5)
Əmirəl-möminin Əli (ə) bir xütbəsində buyurur:
“قِوامُ الشَّریعَهِ الاَمْرُ بِالْمَعْرُوفِ وَ النَّهْىُ عَنِ الْمُنْکَرِ وَ اقامَهُ الْحُدُودِ”
“Şəriətin qalması yaxşılığa dəvət və pislikdən çəkindirmənin bərpasına və ilahi hədlərin (qanunların) həyata keçirilməsinə bağlıdır”. (6)
Bu məna dolu hədislərdən gözəl şəkildə anlaşılır ki, əgər cəmiyyətdə bu iki vacib, yəni fəsad qarşısında kollektiv məsuliyyət unudularsa, şəriət kökləri də sarsılar, get-gedə orijinal din məhv olar. Eləcə də, cəmiyyətin işləri fəsada sürüklənər.
Elə buna görədir ki, Allahın Rəsulu (s) yaxşılığa dəvət və pislikdən çəkindirmə prinsipini həyata keçirənləri Allahın yer üzündə nümayəndəsi, Peyğəmbər (s) və Quranın canişini kimi təqdim edir:
“مَنْ اَمَرَ بِالْمَعْرُوفِ وَ نَهى عَنِ الْمُنْکَرِ فَهُوَ خَلِیفَهُ اللهِ فِی اَرْضِهِ وَ خَلِیفَهُ رَسُولِ اللهِ وَ خَلِیفَهُ کِتابِهِ” (7)
Həzrət Əli (ə) digər vaciblərlə müqayisədə bu mühüm iki vacibin mövqeyini bəyan edərək buyurur:
“وَ ما اَعْمالُ الْبِرِّ کُلُّها وَ الْجِهادُ فِی سَبِیلِ اللهِ عِنْدَ الاَمْرِ بِالْمَعْرُوفِ وَ النَّهْىِ عَنِ الْمُنْکَرِ اِلاَّ کَنَفْثَه فِى بَحْر لُجِّىٍّ”
“Bütün yaxşı işlər, hətta Allah yolunda cihad, yaxşılığa dəvət və pislikdən çəkindirməklə müqayisədə ağız suyunun geniş dənizə nisbəti kimidir”. (8)
Bu cümlədən İslamda sözügedən mövzunun nə qədər əhəmiyyətli və misilsiz dəyər olduğu çox gözəl başa düşülür.
Həzrət Əli (ə) başqa bir kəlamında yaxşılığa dəvət və pislikdən çəkindirmənin üç mərhələsinə işarə edərək buyurur:
“اَیُّهَا الْمُوْمِنُونَ، اِنّ
Şərh qeydə alınmayıb