tarix 4 Material

QƏMƏ VURMAĞIN YARANMA TARİXÇƏSİ VƏ FİQHİ HÖKMÜ - ŞİƏ ALİMLƏRİNİN QƏMƏ VURMAĞA MÜNASİBƏTİ

Şiəlikdə qəmə vurmaq hansı zamana qayıdır və nə vaxtdan yayılmağa başlayıb? Onun fiqhi hökmü nədir? Yarandığı gündən indiyədək bu xüsusda şiə alimlərinin mövqeyi necə olmuşdur?

Qəmə vurmağın mənşəyi haqqında müxtəlif versiyalar var; ən tutarlısı Azərbaycan türklərindən fars və ərəblərə ötürülməsidir. Bəzilərinə görə də Qafqaz pravoslavlarından İrana sirayət etmişdir.
Məsələnin fiqhi tərəfinə gəlincə, bu əzadarlıq üslubu yarandığı gündən ixtilaf mövzusu olmuşdur və qeyri müsəlmanların bəzilərinə mənfi təsir bağışladığından, bir sıra alimlər onun haramlığına fətva vermişdir. Bunun əksinə olaraq bir qrup alim caiz olduğunu irəli sürmüşlər. Ancaq günümüzdə əksər mərcəyi-təqlidlər bu əməli haram bilir.

 

İBN HƏZM VƏ İBN TEYMİYYƏNİN ÖMƏRİN ELMİ BARƏSİNDƏKİ QƏNAƏTİ

İbn Həzmin və İbn Teymiyyənin Ömərin elmi barəsindəki sözləri nədir və onların sözü qəbul oluna bilərmi?

İbn Həzmin və İbn Teymiyyəyə görə Xəlifə Ömər ibn Xəttab elmi baxımdan Həzrət Əliyə bərabər hətta ondan üstün idi. Lakin digər kitablardakı rəvayətlər bunun əksini göstərir. Məsələn, rəvayətdə deyilir ki, əgər Əli ibn Əbi Talıb olmasaydı, Ömər həlak olardı!

ƏMİRƏL- MÖMİNİN ƏLİ (ə) VƏ TARİXİN ƏHƏMİYYƏTİ

Əmirəl-möminin Əlinin (ə) baxışında tarixi mütaliə etməyin nə kimi dəyəri vardır?

Əmirəl-möminin Əli (ə) buyurur: “Ey Allah bəndələri! Ruzigar keçmişdəkilərə necə keçibsə, sağ qalanlar üçün də elə keçir. Hazırda mövcud olun əbədi qalmayacaq. İşinin sonu işinin əvvəli kimidir. Əməl və rəftarları bir-birinə bənzər, əlamətləri aşkardır!”.
Həzrət (ə), keçmiş sünnələrə – qanunlara diqqəti imanın əsaslarından biri olaraq sayır və buyurur: “Keçmiş təkəbbürlü ümmətlərin başına gələn ilahi əzablardan, cəzalardan, bir də pis aqibətlərindən ibrət götürün və torpaq altındakı qəbirlərindən dərs alın!”.

 

QURAN BAXIMINDAN KEÇMİŞ NƏSİLLƏRİN ƏHVALATLARINI OXUMAĞIN FAYDASI

Quran baxımından keçmişdəkilərin sərgüzəştlərini mütaliə etməyin nə kimi səmərəsi var?

“Yusif” surəsi keçmişdəkilərin sərgüzəştlərini təqib etməyin düşüncə sahiblərinin ibrətinə səbəb bildiyi halda, “Əraf” surəsi onu camaatın bilik və düşüncəsinə təkanverici amil sayır.
“Naziat” surəsində də Fironun əzabı allahpərəstlər üçün bir ibrət göstərilir. “Həcc”, “Muhəmməd (s)”, “Ali-İmran” və “Ənkəbut” surələrində isə yer üzündə seyrə istinad edilərək, onu qəlb və ağlın oyanış səbəbi, peyğəmbərləri təkzib edənlərin aqibətindən xəbərdar olmaq və s. amili hesab edilib.
“Bəqərə”, “Fəcr” və “Fil” surəsində də tarixin və onda baş verən sərgüzəştlərin qəlbi müşahidəsinə istinad edilib.
پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
تارنمای پاسخگویی به احکام شرعی و مسائل فقهی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی

قال الصّادق عليه السّلام :

... رَحِمَ اللّهُ دَمْعَتَکَ، اَما اِنَّکَ مِنَ الَّذينَ يُعَدُّوَنَ مِنْ اَهْلِ الْجَزَعِ لَنا وَالَّذينَ يَفْرَحُونَ لِفَرَحِنا و يَحْزَنُونَ لِحُزْنِنا، اَما اِنّکَ سَتَرى عِنْدَ مَوْتِکَ حُضُورَ آبائى لَکَ... .

وسائل الشيعه ، ج 10، ص 397