Qısa cavab:
İbn Həzmin və İbn Teymiyyəyə görə Xəlifə Ömər ibn Xəttab elmi baxımdan Həzrət Əliyə bərabər hətta ondan üstün idi. Lakin digər kitablardakı rəvayətlər bunun əksini göstərir. Məsələn, rəvayətdə deyilir ki, əgər Əli ibn Əbi Talıb olmasaydı, Ömər həlak olardı!
Ətraflı cavab:
Bu suala cavab verməzdən əvvəl gərək bu şəxslərin hər birinin yanaşmasını qeyd edək. İbn Həzm Andolosi öz kitabında (1) yazır:
عَلِمَ کلُّ ذی حسّ علماً ضروریاً ، انّ الّذی کان عند عمر من العلم اضعاف ما کان عند علیّ من العلم . .
“Hiss sahibi olan hər bir şəxs zəruri elm ilə bilir ki, Ömərin elmi Əlinin elmindən bir neçə qat artıq olmuşdur!”
İbn Teymiyyə “Minhacus-sünnə” kitabında (2) yazır: “Əbubəkr, Ömər və s. böyük səhabələr Əlidən heç bir şey öyrənməmişlər...!”
Belə puç iddialara cavab vermək üçün hətta Peyğəmbərin (s) imam Əlinin (ə) elm və fəzilətinin (hamıdan) üstünlüyü ilə əlaqədar buyurduğu rəvayətləri nəzərə almadan belə, Ömər ibn Xəttabın çətin elmi məsələlərdə və s. də Əliyə (ə) müraciət etməsindən sonra dediyi sözləri qeyd etmək kifayətdir:
لَوْلَا عَلِىٌّ لَهَلَکَ عُمَرُ
“Əgər Əli olmasaydı, Ömər məhv olardı!” (3)
لَوْلَا عَلِیٌّ لَضَلَّ عُمَرُ
“Əli olmasaydı, Ömər zəlalətə düşərdi!”
اَللَّهُمَّ لَا تُبْقِنیِ لِمُعْضَلَهٍ لَیْسَ لَهَا ابْنُ اَبِی طَالِبٍ
“Pərvərdigara! Əli ibn Əbu Talibin olmadığı yerdə mənim üçün bir çətinlik yaratma!” (4)
اَللَّهُمَّ لاَ تُنْزِلْ بِی شَدِیدَهٍ الِاَّ وَاَبُو حَسَنٍ اِلَى جَنْبِی
“Pərvərdigara! Əlinin mənim yanımda olmadığı halda bir müşkül (çətinlik) qarşıya çıxmasına icazə vermə!” (5)
کَادَ یُهْلَکُ ابْنُ الْخَطّاَبِ لَوْلَا عَلِیُّ بْنُ اَبِی طاَلِبٍ
“Əgər Əli ibn Əbu Talib olmasa idi, Ömər həlak olardı!” (6)
اَعُوذُ بِاللهِ مِنْ مُعْضَلَهٍ لاَ عَلِیٌّ بِهَا
“Allaha pənah aparıram ki, Əlinin olmadığı yerdə mənim üçün bir çətinlik yaratsın!” (7)
عَجَزَتِ النِّسَاءُ اَنْ تَلِدْنَ مِثْلَ عَلِیِّ بْنِ اَبِی طاَلِبٍ ، لَوْلَا عَلِىٌّ لَهَلَکَ عُمَرُ
“Qadınlar Əli ibn Əbu Talib kimi bir insan dünyaya gətirməkdə acizdirlər. Əgər Əli olmasaydı, Ömər məhv olardı!” (8)
یَا اَبَا الْحَسَنِ ، اَنْتَ لِکُلِِّ مُعْضَلَهٍ وَشِدَّهٍ تُدْعَى
“Ey Əli! Sən hər bir çətinliyin həll olunması üçün çağırılırsan!” (9)
هَلْ طفِحَتْ حُرَّهٌ بِمِثْلِهِ وَاَبْرَعَتْهُ
“Görəsən, azad bir qadın onun kimi bir şəxsi dünyaya gətirib, ona tərbiyə veribmi?!” (10)
هَیْهَاتَ هُنَاکَ شَجْنَهٌ مِنْ بَنِی هَاشِمٍ ، وَشَجْنَهٌ مِنَ الرَّسُولِ ، وَاثْرَهٌ مِنْ عِلْمٍ یُوتَى لَهَا وَلاَ یَاْتِی ، فِی بَیْتِهِ یُوْتَى الْحِکَم
“Heyhat! Burada Bəni-Haşimdən bir şaxə, Peyğəmbərdən bir şaxə, eləcə də hamının ehtiyac duyduğu və onun heç bir kəsə ehtiyac duymadığı bir elmdən əsər vardır və hikmət o evdən (Əlinin evindən) əldə olunur.” (11)
یَابْنَ اَبِی طاَلِبٍ! فَمَا زِلْتَ کاَشِفَ کُلِّ شُبْهَهٍ ، وَمُوضِحَ کُلِِّ حُکْمٍ
“Ey Əbu Talibin övladi! Sən həmişə hər şübhəni aradan qaldırır və hər bir hökmü aydın bəyan edirsən!” (12)
لَوْلَاکَ لَافْتَضَحْنَا
“Əgər sən olmasaydın, biz rüsvay olardıq!” (13)
لَا اَبْقَانِىَ اللَّهُ بَعْدَکَ یَا عَلِىُّ
“Ya Əli! Səndən sonra Allah məni sağ qoymasın!” (14) (15)
Həmçinin, tarix şəhadət verir ki, xəlifə çox vaxtlar qəzavət, mühakimə və fətfa verməklə əlaqədar bir çox məsələlərdə aciz qaldığı üçün çoxlu etiraflar etmişdir. O cümlədən:
کُلُّ اَحَدٍ اَعْلَمُ مِنْ عُمَرَ
“Hamı Ömərdən biliklidir!” (16)
کُلُّ النّاَسِ اَفْقَهُ مِنْکَ یَا عُمَرُ
“Ey Ömər! Fiqh elmində hamı səndən biliklidir!” (17)
کُلُّ النَّاسِ اَفْقَهُ مِنْ عُمَرَ حَتَّى رَبّاَتِ الْحجَالِ
“Bütün insanlar, hətta hiclədə (pərdə arxasında) oturan qadınlar da Ömərdən çox bilirlər!” (18)
کُلُّ النَّاسِ اَفْقَهُ مِنْ عُمَرَ حَتَّى الْمُخَدَّرَاتِ فِى الْبُیُوتِ
“Bütün insanlar, hətta pərdə arxasında oturan qadınlar da Ömərdən fəqihdirlər!” (19)
کُلُّ النَّاسِ اَعْلَمُ مِنْکَ یَا عُمَرُ!
“Ey Ömər! Bütün insanlar səndən biliklidir!”(20)
کُلُّ وَاحِدٍ اَفْقَهُ مِنْکَ حَتَّى الْعَجَائِزِ یَا عُمَرُ!
“Ey Ömər! Hətta qoca qarılar belə, səndən biliklidir!” (21)
کُلُّ اَحَدٍ اَفْقَهُ مِنِّی
“Bütün insanlar məndən (fiqhdə) biliklidirlər!” (22)
Qeyd olunan məsələlərə diqqət yetirməklə İbn Həzm və İbn Teymiyyənin sözlərinin dəyəri aydın olur. (23)
Şərh qeydə alınmayıb