Qısa cavab:
Quran ayəsində təkid olunur ki, bu şərab saf, qatışıqsız, ləzzətli, başağrı verməyən, sərxoşluq gətirməyən, ağlı pozmayan bir şərabdır. Başqa bir ayədə buyurur: "Onlar kafur qatılmış (sərin və sakitləşdirici) camdan içəcəklər."
Ətraflı cavab:
Qurani-kərimin müxtəlif ayələrində cənnət şərabları müxtəlif vəsflərlə ifadə olunur. Onların haqqında təhqiqat göstərir ki, onları içənlər heç bir bəyanla izah olunmayacaq ruhani bir zövqdə qərq olacaqlar. Ayələrin birində o “Təhur şərab” adlandırılır (1) :
وَ سَقاهُمْ رَبُّهُمْ شَراباً طَهُوراً
Digər ayədə təkid olunur ki, bu şərab saf, qatışıqsız, ləzzətli, başağrı verməyən, sərxoşluq gətirməyən, ağlı pozmayan bir şərabdır.(2)
یُطافُ عَلَیْهِمْ بِکَاْس مِنْ مَعِین * بَیْضاءَ لَذَّه لِلشّارِبِینَ * لا فِیها غَوْلٌ وَ لا هُمْ عَنْها یُنْزَفُونَ
Başqa bir ayədə buyurur:
یَشْرَبُونَ مِنْ کَاْس کانَ مِزاجُها کافُوراً
"Onlar kafur qatılmış (sərin və sakitləşdirici) camdan içəcəklər." (3)
Digər ayədə əlavə edir:
وَ یُسْقَوْنَ فِیها کَاْساً کانَ مِزاجُها زَنْجَبِیلاً
"Onlara (isidən və xoş əhval ruhiyyə gətirən) zəncəfil qatılmış camdan içirdərlər." (4)
Onların hamısından daha əhəmiyyətlisi burur ki, bu mənəvi qonaqlığın saqisi Allahın özüdür:
وَ سَقاهُمْ رَبُّهُمْ
"Rəbləri onlara şərab içirəcəkdir." (5)
Onlar Allahın qüdrət “əllərindən”, lütf və mərhəmət büsatından alıb içir, onun eşq və mərifətinin əzəmətindən məst olurlar.
İlahi! O Təhur şərabdan bizə də mərhəmət et! (6)
Şərh qeydə alınmayıb