GÖZLƏRİN NURU

“Səcdə” surəsində “Qurrətu əyun” sözündə məqsəd nədir?

Ərəb dilində “qurrətə əəyun” ifadəsi insanın gözlərinin sərinləməsinə səbəb olan bir şeyə deyilir. Yəni gözlərindən sevinc yaşları axıdır. Bu, böyük bir sevincin füsunkar bir bənzətməsidir.
Lakin dilimizdə bu ifadənin bənzəri yoxdur. Quran ayəsində deyilir ki, "Etdikləri işlərin mükafatı olaraq onlar üçün gözlərə işıq gətirən nələrin gizlədildiyini heç kəs bilməz!"
 “Heç kəs bilməz” və “gözlərə işıq gətirən” ifadələri bu nemət və mükafatların son dərəcə nəhəng olmasından xəbər verir.

 

HƏZRƏT ƏLİNİN (əleyhis-salam) VİLAYƏTİ HAQDA SORĞU - SUAL

Qiyamət günü Həzrət Əlinin (əleyhis-salam) vilayəti haqda sorğu-sual olacaqmı?

Qurani-Kərimin “Onları saxlayın ki, onlar sorğu-sual olunmalıdırlar” ayəsinin təfsiri ilə əlaqədar müxtəlif hədislərdən aydın olur ki, günahkarlardan Qiyamət günü soruşulan suallardan biri də Həzrət Əlinin (əleyhis-salam) vilayətidir. Bir çox əhli-sünnət kitablarında da İbn Abbasdan, Əbu Səid Xudridən, onlar da peyğəmbərdən (sallallahu əleyhi və alih) nəql olunur ki, ayədə Əli ibn Əbu Talibin vilayətindən sorğu-sual olunacağından söhbət gedir.  Bu hədisə öz kitablarında yer verən alimlərdən bəzisi aşağıdakılardır:
İbn Həcər Heysəmi (“Səvaiqul-muhrəqə”, səh 147.)
Əbdurrəzzaq Hənbəli (“Kəşfül-ğümmə”dən nəqlən, səh. 92.)
Əllamə Sibt ibn Cuzi (“Təzkirə”, səh. 21.)
Alusi (“Ruhul-məani”, sözügedən ayənin təfsirində.)
Əbu Nəim İsfahani (“Kifayətul-xisal”dan nəqlən, səh.360.)
və başqaları.  

 

DƏLİL VƏ HÖCCƏTİN TAMAMLANMASI

Allah Qiyamət günü günahkarlara öz dəlilini necə tamamlayır?

Quran ayəsində qeyd olunur ki, onlara belə deyilək: Məgər Mənim ayə və nişanələrim həmişə sizə oxunmurdu və siz həmişə onları təkzib və inkar etmirdiniz?"
Yəni peyğəmbər vasitəsi ilə kifayət qədər ayələr və dəlillər sizin üçün göndərmədikmi? Məgər dəlili sizin üçün tamamlamadıqmı? Amma siz həmişə inkar və təkzib yolunu seçmədinizmi?

 

پایگاه اطلاع رسانی دفتر مرجع عالیقدر حضرت آیت الله العظمی مکارم شیرازی
سامانه پاسخگویی برخط(آنلاین) به سوالات شرعی و اعتقادی مقلدان حضرت آیت الله العظمی مکارم شیرازی
تارنمای پاسخگویی به احکام شرعی و مسائل فقهی
انتشارات امام علی علیه السلام
موسسه دارالإعلام لمدرسة اهل البیت (علیهم السلام)
خبرگزاری دفتر آیت الله العظمی مکارم شیرازی

الإمام علىٌّ(عليه السلام)

لايَنفعُ العملُ للآخِرَةِ مَعَ الرَّغبةِ في الدُّنيا

با وجود ميل و خواهش به دنيا، کار براى آخرت بى فايده است

ميزان الحکمه، جلد 1، ص 58