Qısa cavab:
Səbəbi bu ola bilər ki, “saə” sözü əslində zamanın qısa bir anı və yaxud tez keçən anlara deyilir və qiyamət də qəfil və ildırım sürəti ilə baş verir.
Ətraflı cavab:
Qiyamət gününün adlarından biri də “Yovm əs-saə”dir. Səbəbi də budur ki, “saə” sözü əslində zamanın qısa bir anı və yaxud tez keçən anlara deyilir. Qiyamət də bir tərəfdən qəfil və ildırım sürəti ilə baş verir. Digər tərəfdən də Allah tez hesab çəkəndir və həmin gün bəndələrindən tez hesab çəkər. Bu səbəbdən Qiyamət günü belə adlandırılır ki, insanların daim insanların diqqət mərkəzində olsun.
İbn Mənzur öz “Lisan əl-Ərəb” kitabında nəql edir: “Saə” dünyanın son fiti çalınan o zamanın adıdır. Hamı qəfildən dünyasını dəyişəcək. Həmçinin insanların Qiyamət günü qalxacaqları vaxtın adıdır. Bu ad ona görə dünyanın sonu və qiyamətin başlanğıcı üçün seçilmişdir ki, birinci dəfə səs gələrkən hamı aşağıdakı ayədə deyildiyi kimi dərhal öləcəkdir.
اِنْ کانَتْ اِلاّ صَیْحَهً واحِدَهً فَاذا هُمْ خامِدُونَ
O, ancaq bir bağırtı idi. Dərhal hamılıqla sakit və ruhsuz oldular (məhv oldular). (1)
Şərh qeydə alınmayıb