Qısa cavab:
Ayəni belə təfsir etmək olar ki, bu ad qiyamət günü baş verəcək görüşlərdən xəbər verir: bəndələr pərvərdigarları ilə, keçmiş nəsillərlə gələcək nəsillər bir-biri ilə, haqq və batil rəhbərləri öz davamçıları ilə, təkəbbürlü güclülər zəiflərlə, zalımlar məzlumlarla və s.
Ətraflı cavab:
Qiyamət günü bəndələr pərvərdigarları ilə batini müşahidə yolu ilə görüşəcəklər. Bu üzdən Qiyamət gününü “Yovmut-təlaq” adlandırmışlar.
Bundan əlavə həmin gün keçmiş nəsillərlə gələcək nəsillərin bir-biri ilə görüşəcəyi gündür.
Haqq və batil rəhbərlərin öz davamçıları ilə görüşəcəkləri gündür.
Zəiflərlə təkəbbürlü güclülərin görüşəcəyi gündür.
Zalımlarla məzlumların görüşəcəyi gündür.
İnsanlarla mələklərin görüşəcəyi gündür.
Nəhayət, insanın öz əməl, danışıq və niyyəti, eləcə Allahın haqq-ədalət məhkəməsi ilə görüşəcəyi gündür. (1)
Şərh qeydə alınmayıb